Region (28-04-2015, 18:33)
İlhamə: “Nazpərinin villasını sökdürəcəm“
"Yer üzündə bir Flora qala, bir mən, ömründə barışıq söhbəti ola bilməz"
Mediatv.AZ olke.az saytına istinadən xalq artisti İlhamə Quliyevanın müsahibəsini təqdim edir.
- İlhamə xanım, bir neçə gün öncə həmkarınız Flora Kərimova barədə səsləndirdiyiniz fikirlər qarşı tərəfdən birmənalı qəbul olunmadı...
- Mənim üçün bu həyatda Flora adlı adam yoxdur. Sadəcə, mənim mədəniyyətimdən, böyüklüyümdən irəli gəlib ki, verilişin aparıcısının suallarına cavab vermişəm. Öz mədəniyyətimi, böyüklüyümü göstərmişəm. Amma yer üzündə bir Flora qala, bir mən, ömründə barışıq söhbəti ola bilməz. Çünki biz başqa-başqa qurumların adamlarıyıq. Mən öz qurumumun şəxsiyyətiyəm, onun da öz dəstəsi var. Bu insan ömründə dönüb ağıllı adam ola bilməz.
- Flora xanım açıqlamasında bildirib ki, siz bir zamanlar onun övladları barədə nəsə demisiniz. Belə bir şey olubmu?
- Dünyada anamın ruhu kimi müqəddəs heç nə yoxdur. Allahıma, anamın ruhuna and olsun, heç nə deməmişəm. O, şər-böhtan atır. Heç vaxt heç kimin övladına heç nə deməmişəm, demərəm də. Ananın nankor olmağının övlada heç bir aidiyyatı yoxdur. Flora unutmasın ki, o, mənə böyük bir məhkəməni uduzub və üç min manat cərimə olunub. Fikrimdə tutmuşdum ki, o cəriməni bağışlayım.
- Fikrinizdən daşındınız?
- Bəli, indi qəpiyinə kimi həmin məbləği ondan alacam, hələ onun canını da alacağam, gözünü də çıxardacağam. Övlad söhbəti bir bəhanədir. Flora getsin, ağlına dua yazdırsın.
- Bəs Nazpəri Dostəliyevanın hazırda sizə nə qədər borcu var?
- Nazpərinin mənə 15 min borcu qalıb. Həmin məbləği gözləyən yetim-yesirlər var.
- Yerdə qalan 15 min manatı bağışlamağınız mümkün deyil?
- Onun kimi adamlara bir qəpik də bağışlamaram. Bir adamın canını almaq istəyirsənsə, onun əlindən pulunu al. O bir parça dilini rahat qoysaydı, bu məsələlər də ortaya çıxmazdı. Nə onu, nə Floranı bağışlayıram. Günahları var, cərimələri var, qəpiyinədək alacağam. Nazpəri mənə bütün məhkəmə instansiyalarını uduzub. Bu adam Ali Məhkəmənin qərarını saymır. O nə karədir ki, Azərbaycanda yaşaya-yaşaya dövlətin qanunlarını saymır? Məgər bu ölkədə dərəbəylikdir? Necə olur ki, Novxanıda üç mərtəbəli bağ tikdirə bilir? Pulu yoxdursa, necə tikdirir? Hansı məşuqu o bağı tikdirirsə, cəriməni də o ödəsin. Qurtardı!
- Bəlkə barışıq...
- Bu qədər söz-söhbətdənsə, alçalmaqdansa, gətirib pulu ödəsin. Məşuqu Sakit adlı adamdır. Əgər məşuqu o pulları ödəməsə, bu adam haqqında prezidentə izahat verəcəyəm. İşlər çox xarab ola bilər. Hələ susuram. Mənim pulum qəpiyinədək ödənməsə, yuxarılarda onun məşuqunun adını çəkəcəyəm.
- İlhamə xanım, mən bilən Nazpəri Dostəliyevanın villası var idi.
- Hazırda o villada tikinti gedir. O villanı sökdürəcəyəm. Çünki həmin villa Nazpəriyə qanunsuz tikilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024