İqtisadiyyat (5-09-2020, 13:44)
Azərbaycan 54-cü yerdə qərarlaşdı

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu məqsədlərdən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Prezidentin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.
Ötən dövr ərzində ölkəmizdə DİM-lərin səmərəli və əhatəli icrası istiqamətində bir sıra işlər görülüb, o cümlədən bu təşəbbüsə qoşulan ölkələrdə DİM-lərin icrasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və qabaqcıl təcrübələrin mübadiləsi məqsədilə hər il BMT-nin İqtisadi və Sosial Şurasının təşkilatçılığı ilə keçirilən Yüksək Səviyyəli Siyasi Forum (YSSF) üçün regionda ilk ölkə olaraq 2017-ci və 2019-cu ildə 2 Könüllü Milli Hesabat təqdim olunub.
Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan BMT-nin 2020-ci il üzrə Dayanıqlı inkişaf hesabatında dünyanın 166 ölkəsi arasında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə mümkün 100 balından 72,6 bal toplayaraq 54-cü pillədə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 70,9-dur. Hesabata əsasən, Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su və enerji, davamlı şəhərlər və icmalar kimi DİM-lər üzrə irəliləyişlərə nail olub.
Bununla yanaşı, ölkəmiz YSSF-ya növbəti (3-cü) Könüllü Milli Hesabatın təqdim edilməsi barədə müraciət edib və Azərbaycan hesabat təqdim edəcək ölkələr siyahısına əlavə olunub.
İnkluziv və Dayanıqlı inkişaf, COVID-19 pandemiyası və postpandemiya dövrünün çağırışları, həmçinin DİM-lər üzrə həyata keçirilmiş tədbirlər, həmçinin əldə olunmuş nailiyyətlərə dair hazırlanacaq hesabat 2021-ci ilin iyul ayında BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən təşkil ediləcək Yüksək Səviyyəli Siyasi Forumda təqdim olunacaq.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025