Region (10-03-2015, 17:45)
“Bu müsabiqə özümü daha yaxşı təqdim edə bilmək üçün bir başlanğıc oldu”
“Bu müsabiqədə nəinki özünü təqdim edirsən, həm də ölkəni təmsil edirsən”
“Open Spain” ”Açıq İspaniya” festival-yarışmasına qatılan gənc fortopiano ifaçısı Pərvin Rüstəmova fortopianoda solo ifaya görə 1-ci yeri tutub.
25 yaşlı həmvətənimiz Pərvin Rüstəmova Avropanın məşhur festival təşkilatçısı “Fiestalonia Milenio”-nun İspaniyanın Lloret de Mar (ispan dilində Yoret de Mar; Kataloniya əyaləti) şəhərində keçirdiyi İnstrumental İfaçıların Beynəlxalq Müsabiqəsi “Open Spain”/”Açıq İspaniya”-da ölkəmizi təmsil edib. David Caparidze (UNESCO-nun İspaniyadakı xoşməramlı səfiri və “Fiestalonia Milenio”-nun yaradıcısı), İrina Bronnikova (sənətşünaslıq doktoru, Jirona konservatoriyasının müəllimi), Yevqeniy Kleyner (Avropada, o cümlədən Rusiyada dirijordur) kimi peşəkarlardan ibarət jüri heyəti qarşısında Qara Qarayevin “Tsarskoselo heykəli ” və Prokofyevin “1n-li sonata” əsərlərini ifa edib. Martın 3-ü qala-konsertdə iştirak edərək müsabiqənin 1-ci dərəcəli laureatı adına layiq görülüb, “Fiestalonia”-nın kuboku və İspaniya hökümətinin rəsmi diplomu ilə təltif edilib. Qiymətləndirmə repertuarın çətinlik dərəcəsi; virtuozluq dərəcəsi və texniki müstəqillik; səhnə mədəniyyəti və artistizm kimi kriteriyalara görə aparılıb. Pərvin martın 6-sı yekun konsertdə bir daha fortopianoda ifa edib.
Bu Pərvinin ilk uğuru deyil. O, 2010-cu ildə keçirilən Q.Qarayev adına Birinci Beynəlxalq Elmi-ifaçılıq Müsabiqəsinin diplomantıdır. Qeyd edək ki, Pərvin 2013-cü ildə Bakı Musiqi Akademiyasının magistr dərəcəsini bitirib. Hazırda Akademiyanın tarix-nəzəriyyə fakültəsinin xor dirijorluğu kafedrasında və Az. Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında konsertmeyster kimi çalışır.
Beləliklə, gənc fortopiano ifaçısı Pərvin Rüstəmova ilə müsahibəni təqdim edirik.
- Müsabiqəyə necə qatıldınız?
- İnternetdə müsabiqənin keçirələcəyini gördüm və müraciət etdim. Bir müddət sonra müraciətim qəbul olundu və mənə dəvətnamə gəldi. Beləcə İspaniyaya getmək və beynəlxalq yarışmada özümü sınamaq şansım oldu.
- Bu ilk yarışmanız deyildi. Buradakı müsabiqələrdən nə ilə fəqləndi?
- Birincisi, auditoriya daha geniş idi. İlk dəfə idi belə geniş və çox millətli auditoriya qarşısında çıxış edirdim. Bakıda ifa edəndə az-çox səni tanıyırlar. Amma burda tamamilə yad yerdə çıxış edirdim. Çox həyəcanverici idi. İkincisi, xarici ölkədir, burda nəinki özünü təqdim edirsən, həm də ölkəni təmsil edirsən. Buna görə ikiqat məsuliyyət daşıyırsan.
- Hansı ölkələrdən ifaçılar var idi?
- Hamısını dəqiqliklə deyə bilmərəm. Çünki, 7 kateqoriyada iştirak edirdik. Mənim kateqoriyamda, yəni 20 yaşdan yuxarı, 16 nəfər idik. Onlar da İtaliya, İspaniya, Rusiya, Qazaxstan, Özbəkistan, Ukraynadan gələn ifaçılar idi və bu kateqoriyada yeganə azərbaycanlı idim.
-Azərbaycandan qatılan başqa ifaçı var idimi?
- Bəli, Lalə Məhərrəmova. O, 20 yaşa qədər kateqoriyada idi, çox yaxşı ifa edirdi. Qran-priyə layiq görüldü. Musiqi Akademiyasının 3-cü kurs tələbəsidir.
- Ən çox bəyəndiyiniz ifaçı kim oldu?
- Təbii ki, yaxşı ifaçılar çox idi. Amma ən çox Ukrayna ifaçılarını bəyəndim. Qazaxstandan gələn iştirakçı Nubiyarın ifası isə çox təsirli idi.
- Yeni tanışlarınız oldumu?
- Bəli, əsasən post-sovet məkanından olan iştirakçılarla və musiqiçilərlə tanış oldum. Amma ən maraqlı həmsöhbətim İspaniyada çox tanınmış müğənni Marina oldu.
- Bu müsabiqə sizdə nəyi dəyişdi və gələcək haqda nə düşünürsünüz?
- Çox şeyi dəyişdi. Əvvəla deyim ki, xarici səhnədə ilk çıxışım idi. Özümə qarşı inamımı artırdı və daha yaxşı müsabiqələrdə iştirak edib, bundan da yaxşı yerləri qazanmaq üçün stimul verdi. Özümü düzgün və daha yaxşı təqdim edə bilmək üçün bir başlanğıc oldu. (modern.az)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024