Region (9-03-2015, 14:16)
Dünya çempionu: “İdmançı qızla evlənmərəm”
Onu ilk gördüyümdə çox təəccübləndim
Haqqında eşitdiklərimi göz önündə canlandıranda qarşıma iri cüssəli, idmançı bədənli, enlikürək bir gəncin çıxacağını gözləyirdim. Amma tam əksinə oldu. Normal bədən ölçülərinə sahib, sadə və gülərüz...
Düzü, inanmadım ki, dəfələrlə rəqibini yerə çökdürən, bayrağımızı ucaldan bu gəncdir. Elə bu səbəbdən təəccübümü gizlədə bilmədim:
Kulturizmlə məşğul olmuram
- İdmançı olaraq sizi tam fərqli görünüşdə olduğunuzu düşünürdüm.
- (Gülümsəyir) Mən axı kulturist deyilən. Karate üzrə peşəkar idmançıyam. Bizim sahədə əzələ, şişirdilmiş bədən rol oynamır, döyüşümüz əsasən texnika və taktikalardan ibarətdir.
- Şahin bəy, istərdim haqqınızda eşitməyən insanlar üçün özünüzü bütün nailiyyətlər və titullarla bərabər bir daha təqdim edəsiniz.
- Böyük məmnuniyyətlə. Şahin Atamov. Yaponiyada keçirilən Gənclərarası çempionatda qalib olaraq dünya çempionu, Böyüklərarası dünya kuboku uğrunda yarışda 2 dəfə dünya birinciliyi qazanaraq, kuboku vətənə gətirmişəm. 2010-cu il Serbiyada keçirilən yarışlarda 3-cü, 2012-ci ildə isə Parisdə 3-cü yer tutmuşam.
Olimpiada oyunlarından sonra Rafael Ağayev və mən 2013-cü ildə Peterburqda və Kolumbiyada keçirilən “Vorld kombat geyms” (dünya döyüş növləri səbəti) üzrə 3-cü yerlərə layiq görüldük.
Həmin il İndoneziyada “İslam dirçəlişi” adı altında keçirilən yarışmada 2-ci yerə layiq görüldüm.
Avropa çempionatı
- Nailiyyətləriniz olduqca çoxdur, ancaq əsas nailiyyətinizi nədənsə vurğulamadınız. Avropa çempionatında komanda ilk medalı məhz sizin sayənizdə qazandı axı.
- Doğrudur. 2014-cü ilin may ayında Finlandiyada keçirilən Avropa çempionatında Azərbaycan yığma komandasında ilk medala sahib olmaqla Avropa çempionu adını qazandım, ölkəyə gümüş medal gətirdim.
- Söhbətimizin əvvəlindən fikir verirəm ki, hər qələbənizdən danışarkən qələbənin, medalın vətənə gətirildiyini vurğulayırsınız. Sizcə, bunlar sizin qələbənizdir, yoxsa ölkənin?
- Gözəl sualdır. İlk növbədə Azərbaycanın qələbəsidir. İzah edərəm ki, nə üçün məhz birinci ölkə qalib hesab edilir. Dünyanın istənilən yerində yalnız iki şəxsin şərəfinə bayraq qaldırılır. Bir prezidentlərin, bir də idmançıların. Birincidə, ölkə başçıları hər hansı bir ölkəyə səfər etdikdə baş verir, ikinci halda isə idmançıların qələbəsi sayəsində bu şərəfə nail olunur; əziyyətlə, canları, bəzən qanları bahasına. Qalib olarkən inanılmaz hiss keçirirsən... ölkəmizin himni səslənir, bayrağımız dalğalanır və bir anlıq bütün zədələrin ağrısını, gərgin məşqlərdən qalan dəhşətli yorğunluğu unudursan, ürəyin sevinc içində çırpınır.
Son nöqtə...
- İdmanı özünüz seçdiniz?
- Yox. Uşaq vaxtı çox dəcəl olduğuma görə valideynlərim belə qərara gəldilər ki, məni idmana yönəltsinlər. Əvvəlcə məşğuliyyət hesab etdiyim sahəni tədricən sevməyə başladım. Zamanla mənim peşəmə çevrildi.
- Bir çox həmkarlarınız idman akademiyası ilə yanaşı, 2-ci və hətta 3-cü ixtisasa yiyələniblər. Sizin bu məsələyə münasibətiniz necədir?
- Əslində, ağlım olsaydı, mən də ikinci peşəyə yiyələnərdim. Əfsuslar olsun ki, vaxtında bu haqda düşünmədim. İdmanda yaş məhdudiyyəti olduğu üçün bu sahə müvəqqətidir. Üstəgəl zədələr. Bəzən elə zədə ala bilərsən ki, ömürlük idmana əlvida demək məcburiyyətində qalarsan. Şəxsən mən gələn il artıq idman karyerama son nöqtəni qoyuram. Məşqçi kimi idmanda qalmaq da asan deyil. Ağır zəhmət, böyük səbr tələb edir.
- Karyeranıza son qoyacağınızı söylədiniz. İdman sahəsində elə bir arzunuz varmı ki, hələ də reallaşmayıb?
- Mən yaddaşlarda məğlubedilməz döyüşçü kimi qalmaq istəyirəm. Arzum isə Məhəmməd Əli kimi döyüşdən ulduz kimi çıxmaqdır.
Bir çox dünyaca məşhur idmançılar var ki, vaxtında peşəkar idmandan uzaqlaşmırlar. Yaşlarının çox olmalarına baxmayaraq, döyüşə qatılırlar və hansısa “uşağa” uduzurlar. Bax o günü Allah heç bir idmançıya nəsib etməsin!
Öncə məğlubiyyət
- İnkar etmək olmaz ki, hər dəfə qalib olmaq da mümkün deyil. Napoleon deyir ki, qələbə üçün öncə məğlubiyyət gərəkdir.
- Elə məhz o fikrinə görə də Napoleon sürgün həyatı yaşayaraq, adada tənhalıqda dünyasını dəyişib.
Brüs Li ilə qohum deyiləm
- Əslində, sizin cavablarınız məni valeh edir. Sevinirəm ki, idmançılarımız geniş intellektual səviyyəyə malikdir. Sizdən öncə bir neçə idmançıdan da müsahibə almışam. Hər biri xarici dildə səlis danışa bilirdi; ingilis, rus, hətta aralarında ispan və italyan dillərini bilənlər də var idi. Sizin rusdilli olduğunuz bəllidir. Digər dil bilgiləriniz necədir?
- Bəli, rus dili ilə bərabər ingilis və alman dillərini də mükəmməl bilirəm. Ümumiyyətlə, idmançılar nə qədər xarici dil bilsələr, bir o qədər yaxşıdır. Çünki mütəmadi olaraq yarışmaq üçün xarici səfərlərdə olurlar.
- Yaponiyada çox olduğunuzu bilirəm, ona görə də xahiş edirəm, hansı dildə danışırsınız danışın, yapon dilində danışmayın. Anlamayacam. Mənə deyiblər ki, idmançılarla zarafat etmək olmaz, xüsusilə də döyüş növləri ilə məşğul olanlarla. Amma məni düşündürən bir məsələ də var. Bir növ Brüs Li tipində insansınız və familiyanız da qəribədir.
- (Gülür) Vallah, Brüs Li ilə qohumluğum yoxdur. Familiyam da azərbaycanlı familiyasıdır.
- Cavabınızdan ürəkləndim və növbəti təhlükəli sualı ünvanlayıram: idmançı xanımla evlənərsinizmi?
- Heç düşünmədən cavab verirəm - qətiyyən yox.
- Niyə? Ailədə güclü qadının olmasından qorxursunuz, yoxsa zərbəsinə tab gətirə bilməyəcəyinizdən ehtiyat edirsiniz?
- (gülür) Zərbəsi nə qədər güclü olsa da, hər halda qadın qadındır. Amma söhbət gücdən, qüvvətdən getmir. Mən hər zaman qayğımı çəkə biləcək, evinin-ailəsinin səliqə-sahmanına xüsusi diqqətlə nəzarət edə biləcək bir xanım arzulayıram. İdmanla isə bu mümkün deyil. Ümumiyyətlə, idmançı qızlarda sərtlik istər-istəməz özünü büruzə verir. Və ən əsası onların gərgin məşq rejimi, xaricə səfərlər və s.
Prezident bizə güvənir
- Dövlətin sizə göstərdiyi diqqət və qayğıdan razısınızmı?
- Əlbəttə. Biz cənab İlham Əliyevlə görüşdükdə o bizə maddi və mənəvi kömək olacağını vurğuladı və komandamıza böyük ümid bəslədiyini qeyd etdi. Biz də öz növbəmizdə olimpiya oyunlarında qalib olduq - 6 qızıl medaldan 3-nü karate idmançıları qazandı. Əziyyətimiz yetərincə qiymətləndirilir, dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi idmana geniş şərait, diqqət və qayğı yoxdur. Təbii ki, qiymətli hədiyyələr və yüksək məvacib də olur. Buna görə dövlət başçımıza minnətdarıq.
Bizə həm də Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin rəhbəri Cahangir Hacıyev dəstək və qayğı göstərir. Cahangir müəllimin rəhbərliyi altında İlham Qasımzadə, Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, üzərimizdə böyük zəhməti olan baş məşqçimiz Rəhman Hətəmov və köməkçi məşqçimiz Rəşad Hüseynovun dəstəyi ilə daim zirvələrə ucalırıq.
Müəllimlərimə minnətdaram
Ümumiyyətlə isə karateni mənə sevdirən və təməlini izah edən doğma müəllimlərim Seymur və Şahin Xudaverdiyev qardaşlarına hədsiz minnətdaram. Onlar 8 yaşımdan - 1996-cı ildən bu günə qədər mənimlə məşğuldurlar.
Şahin Atamovla söhbətdən çıxıb evə qayıdanda yadıma düşdü ki, ona sevdiyim ənənəvi sualı verməyi unutmuşam. Mobil nömrəsinə zəng etdim:
- Şahin bəy, əsas sualımı unutmuşam: Həyatı hansı rənglərdə görürsünüz?
Düşünmədən cavab verdi:
- Şəxsən mənim üçün həyat 3 rəngdən: mavi, qırmızı və yaşıl rənglərdən ibarətdir və mən bu rənglər üçün canımdan keçməyə hazıram. (axar.az)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024