Kriminal (Bu gün, 13:11)
Bakıda tibb bacısı pasiyentin evindən oğurluq etdi
Bakıya xəstəyə sistem qoşan tibb bacısı evdən oğurluq etdiyi üçün saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yerləşən fərdi həyət evində baş verib.
1989-cu il təvəllüdlü N.M. yaşadığı ərazidə tibb bacısı xidməti göstərib. O, P.V. adlı xəstənin evindən oğurluq edib və barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi açılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən qadın cərrahiyə əməliyyatı olunan P.V.-nın evinə sistem qoşmaq üçün gedib və bu zaman oğurluq edib. O, zərərçəkmiş qadının evinin yataq otağından 1200 manat dəyərində təmiz çəkisi 9,69 qram olan 583 əyarlı 2 ədəd qızıl boyunbağını üzərindəki kulonlarla birlikdə oğurlayıb.Tibb bacısı oğurladığı qızılları lombarda qoyaraq, pul götürüb.
Məhkəmədə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və himayəsində azyaşlı uşağın olmasının nəzərə alınmasını xahiş edib.
Məhkəmənin hökmü ilə həbsdə saxlanıldığı 2 gün müddət çıxılmaqla N.M. barəsində 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda taxacaq. Həmçinin onun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025























