Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (4-04-2024, 23:13)
Naxçıvanın müasir quldarı Ceyhun Cəlilov öz könüllü “kölə”lərini necə istismar edir?

 


Karl Marksın sözlərinə inansaq, insanoğlu ibtibadi icma quruluşundan sonra quldarlıq sisteminə qədəm qoymuşdur. Bir insanın başqa birini istismarı üzərində inşa olunan bu quruluşda qul quldarın xüsusi mülkiyyəti sayılırdı. Quldar istəsə öz köləsini pulsuz işlədər, onu acından öldürər və ya sata bilərdi.
 
Zaman keçdikcə, qul əməyinin faydalı olmadığını anlayan mülkədarlar bu sistemdən könüllü şəkildə imtina etdilər. Çünki istismar olunan zümrənin pulla həvəsləndirərək daha yaxşı məhsuldarlıq əldə edildiyini anladılar.
 
Bununla belə, quldarlıq münasibətlərinin tamamilə ləğv olunduğunu söyləmək də çətindir. Beynəlxalq Əmək Təşkilatı, Azad Səyahət və Beynəlxalq Miqrasiya Təşkilatının 2022-ci ilin sentyabrında birgə hazırladıqları hesabata görə, hazırda dünyada 50 milyondan çox qul yaşayır. Onların böyük əksəriyyəti isə öz yurd-yuvalarından didərgin düşüb xarici ölkələrə sığınanlardır.

Hesabatda müasir qullar iki sinifə bölünür: zorla işlədilənlər və zorla evləndirilənlər. Sözsüz ki, “zorla işlədilənlər” deyərkən təkcə silah və dəyənək altında işləməyə məcbur edilmək nəzərdə tutulmur. Müxtəlif şirin vədlərlə insanları özünə müftə işlətmək də elə qul-quldar münasibətlərinə şamil oluna bilər.
 
İlk baxışdan Azərbaycanda və onun tərkib hissəsi olan Naxçıvan MR-də kölələrin olmadığı görülür. Fəqət iş darlığı ucbatından dövlət orqanlarından asılı vəziyyətə salınan vətəndaşların şirin vədlə işə cəlb olunması və görülən işin müqabilində onlara 5 quruş pul verilməməsi də istismarın müasir və bəlkə də ən ağır formasıdır. Nədən ki, klassik quldarlar heç olmasa şəxsi mülkiyyətləri hesab etdikləri qulların (yəni əmək alətlərinin) sıradan çıxmaması üçün onlara bir qarın çörək verirdilərsə, müasir quldarların belə bir qayğısı da yoxdur. Zira onlar düşünürlər ki, bir qul acından ölərsə ölsün, nə çoxdur məmləkətdə başqa qul. Mütləq birini tapıb, yenə şirin vədlərlə onları acından ölənədək işlədə biləcəklər.

Vaxtilə Naxçıvan MR quldarlığının baş ağası Vasif Talıbov həzrətləri əhalini məcburi iməcliklər adlı zorla işləməyə məcbur edirdi. “Xan” həzrətləri vəzifəsini “canişin” əfəndiyə verib istirahətə çəkiləndə Muxtar Respublika əhalisi xeyli sevinmişdi. Naxçıvanda artıq məcburi iməclik kimi qul əməyinin yığışdırılacağını düşünüb xoşbəxt gələcəyin xəyallarını qururdular. Amma necə deyərlər, sən saydığını say, gör, “canişin” əfəndi nə sayır?
 
“Canişin” əfəndi hakimiyyəti təhvil götürəndən sonra iməclik kimi məcburi iş ənənəsinə nəinki son qoyulmadı, əskinə, o, müasir texnologiya ilə yeniləşdirildi. Ən gözəl texnologiya isə vətəndaşları şirin vədlərlə aldadıb müftə işə cəlb etmək idi.
Müasir qulluğun adını da cazibədar seçmişdilər – könüllülük. Görünür, müasir quldarlar klassik sələflərindən daha ailcənabdlrlar. Onlar istismar etdikləri canlı mülkiyyətlərinin ruhuna toxunmağın yaxşı nəticələnməyəcəyini Spartak üsyanlardan görüb, lazımi dərslər alıblar. Məhz bu səbəbdən də rəsmən zorla əməyə cəlb olunmağın acı mahiyyətini ört-basdır etmək üçün onun adlandırılmasında antoniminə üstünlük veriblər.

Naxçıvandan bir valideynin Ovqat.com-a yazdığı məktubdan belə anlaşılır ki, Muxtar Respublikanın Əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov “könüllü quldarlıq” metodlarından səmərəli istifadə edən ən bacarıqlı kadrlardandır. Özü də onun “könüllü kölələri” adi insanlar da deyil. Hər biri universitetə 400-dən yuxarı balla girən və oranı yüksək nəticə ilə bitirən savadlı gənclərdir. Bir sözlə, Naxçıvanın müasir quldarlığı bu sahədə də sələflərindən öyrəndiklərini transformasiya etməyin yollarını tapıblar; antik Roma quldarlığında qullar qladiator döyüşlərində bir-birini qıraraq ən güclüləri yaşamaq haqqı qazanırdılarsa, müasir Naxçıvan kölələri intellekt yarışından qalib çıxmağı bacarmalıdırlar. Əks halda, başda “canişin” əfəndinin, ayaqda onun ən fərasətli naziri Ceyhun Cəlilovun “könüllü köləsi” olmaq hüququ qazana bilməzlər.
 
Daha çox şərhə yol vermədən Naxçıvandan aldığımız məktubu nöqtə-vergülünə toxunmadan yayımlayırıq:
 
“Əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov insanları yenə aldadıb. Noyabr ayında könüllülük lahiyəsi elan etdi. Könüllülük üçün nə qədər şərt qoşdu. Universitet imtahanında 400-dən yuxarı bal toplayanları çağırdı.
Mənim qızım 460 bal toplamışdı, çağırdılar, imtahan etdilər və o imtahandanda 15+ nəticə yazaraq keçdi. 25 könüllünü noyabr ayından yığdı, onlara yalan vədlər verdi. Dedi ki, 2 ay könüllü kimi pulsuz fəaliyyət göstərin 2 ay sonra sizi imtahan edib əmək haqqı ödənilməklə işə götürəciyik.

Artıq bu müsabiqədən 6 ay keçir, heç nə demirlər bizə. Qızımı və onun həmkarlarını pulsuz işlədib idarənin işlərini gördürdülər. Sonra da yeni açılmış vətəndaş qəbulunda düz 5 saat ayaq üstdə gedib gələn vətəndaşları qarşılamaq üçün orda saxladırlar.
 
Qızımın körpə uşağı var, hər gün uşağını evdə qoyub rayondan uzaq yolu gedib-gəlirdi. Müftə hamballıq edirdi ki, eybi yox, 2 ayın sonunda işə götürəcək amma artıq aprel ayı olub heç nə demirlər. Qızım kimi 25 nəfər gəncin əməyini istismar edir Ceyhun Cəlilov”.
Qısası, Beynəlxalq Əmək Təşkilatı, Azad Səyahət və Beynəlxalq Miqrasiya Təşkilatının 2022-ci ilin sentyabrında birgə hazırladıqları hesabatda qeyd olunan 50 milyon kölədən ən azı 25-i Naxçıvan MR Əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilova aid imiş. İnsafən, pis nəticə deyilшаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024