Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (8-07-2014, 16:56)
Azərbaycanlı oliqarxların qul istismarı

Xaricdən Bakıya qul gətirən dəstə üzvləri 4 milyon dollar qazanıb

 

Azərbaycan oliqarxlarının tikinti sektorunda böyük layihələrə sahib olması haqda dəfələrlə yazılıb. Bir neçə gün əvvəl yayılan Bosniya prokurorluğunun Azərbaycanla əlaqəli araşdırmasında bu sektorda qul əməyindən istifadə edilməsi bir daha təsbit olundu. Məlum oldu ki, 2007-2009-cu illər arasında Bosniyadan yüzlərlə fəhlə Azərbaycana gətirilib və burada qul kimi istismar edilib. 
Həbs olunan mütəşəkkil cinayətkar qruplaşmanın 13 üzvü 2 il ərzində Bosniya, Serbiya və Makedoniyadan Azərbaycana 600-dən çox fəhlə gətiriblər.  Həmin fəhlələr qul kimi Azərbaycanda satılıb!  Bosniya prokurorluğu hələlik qul alıcısının və ya alıcılarının adını açıqlamayıb. Bəlli olan odur ki, qullar Azərbaycana gələndən sonra qeyri-insani şəraitdə saxlanılıblar. Onlara vəd edilən əmək haqqı ödənilməyib və ağır şərtlər altında işlədiliblər. 
Onların işlədildiyi məkanlardan biri də Azərbaycanın İdman və Gənclər Nazirliyinin sifarişi ilə inşa edilən Mingəçevirdəki Kür Avarçəkmə Olimpiya Bazası olub. 
O da məlumdur ki, nazir oliqarxlar öz sahələrinə aid olan və dövlət büdcəsi hesabına tikilən obyektlərin inşasını elə özlərinin tikinti şirkətlərinə həvalə edirlər...  
Bu məsələ üzə çıxandan sonra ölkədə qul əməyindən istifadə haqda məlumatlar təsdiqini tapıb. Bu gün də belə halların olması istisna deyil. Oliqarx-nazirlərimizin ayrı-ayrı fabrik, zavod və istehsal müəssisələrində əsasən Pakistan, Çin vətəndaşlarının işlədilməsi haqda məlumatlar var. Sadəcə xaricdən gətirilən işçi qüvvəsi qapalı şəraitdə saxlanıldığından, sənədləri, telefonları əllərindən alındığından, sərbəst hərəkətlərinə imkan verilmədiyindən onlar haqda məlumatlar mətbuat səhifələrinə çıxmır. “SerbAz”ın Serbiya və Makedoniyadan Azərbaycana gətirdiyi 600-dən çox fəhlə də aylarla belə bir şəraitdə saxlanılmışdı. 
Nəhayət, onlardan biri AzadlıqRadiosunun Bosniya xidməti ilə əlaqə yarada və adının açıqlanmaması şərti ilə Azərbaycanda başlarına gələnlər haqda danışmağa imkan tapmışdı. Bu faktın izi ilə aparılan araşdırma göstərib ki, Bosniya, Serbiya və Makedoniyadan Azərbaycana “SerbAz” şirkəti tərəfindən 700-ə yaxın qul gətirilib. Məlum olmuşdu ki, bosniyalı qullar 6 ay bir qəpik də əməkhaqqı almayıblar, üstəlik, 13 gün ac-susuz qalıblar. Villada onlar əsir düşərgəsində olduğu kimi çoxmərtəbəli çarpayılarda saxlanılıb, hər çarpayıda qulun adı yazılıb. Qeyri-insani şəraitdə yaşayan və amansızcasına istismar edilən fəhlələrdən ən azı ikisi ölüb. Onların harada basdırıldığı da məlum olmayıb.
Məlum olub ki, Badamdar qəsəbəsində daha bir neçə yerdə hərəsində 100-120 nəfərin saxlanıldığı evlər var.
Bosniya prokurorluğunun hesablamalarına görə, dəstə üzvləri qul alverindən 3 milyon avro, yaxud 4,1 milyon dollar qazanıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024