Region (11-10-2023, 08:33)
NİYAZİ BAYRAMOV: "CƏNAB PREZİDENTİN VƏTƏNDAŞLARA OLAN MÜNASİBƏTİ VƏ GÖSTƏRDİYİ QAYĞI HƏR BİR DÖVLƏT MƏMURU ÜÇÜN ÖRNƏKDİR"
Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət nəticəsində respublikamız beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirmiş, uzun illər həsrətində olduğumuz torpaqlar işğaldan azad olunmuş, Azərbaycanda uğurlu sosial və iqtisadi islahatlar aparılmışdır.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, regionlarda aparılan abadlıq-quruculuq işləri ölkə başçısı İlham Əliyevin düşünülmüş, bariz siyasətinin nəticəsidir. Bu gün dövlət siyasətinin əsas prinsiplərindən biri – Azərbaycanın möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasıdır. Bu məqsədlə yeni iqtisadi proqramlar qəbul edilir və bu proqramlar uğurla icra edilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ümummilli lider Heydər Əliyevin siyasi xəttinin ardıcıl davam etdirilməsi, ölkənin bugünkü və gələcək inkişafını təmin edən dövlət proqramlarının hazırlanıb həyata keçirilməsi Azərbaycanı regionun ən güclü dövlətinə çevirmiş, onun beynəlxalq nüfuzunu xeyli gücləndirmişdir.
Müstəqillik tarixinə quruculuq səhifələri yazan Azərbaycan dövlətinin iqtisadi potensialı artdıqca onun vətəndaşlarının da güzəranı yaxşılaşır, onları narahat edən problemlər getdikcə azalır, ölkədə gedən böyük abadlıq və quruculuq işləri insanları sevindirir, bütövlükdə əhalinin irəli sürdüyü məsələlər öz həllini daha tez tapır.
Yaşadığım Gəncə şəhərində gözlərimiz qarşısında aparılan geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma işləri bir ziyalı kimi məni çox sevindirir.
Gəncə şəhəri möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində günü-gündən inkişaf edir. Şəhərin səhiyyə, təhsil və mədəni həyatında yeniliklərə nail olunur, yeni infrastruktur layihələri icra edilir. Gəncədə şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsi, qaz təchizatının yaxşılaşdırılması, müasir küçə işıqlandırılması sisteminin qurulması, şəhərin park və xiyabanlarında olan fəvvarələrin əsaslı təmiri, çoxmənzilli yaşayış binalarının fasadlarının və dam örtüklərinin yenilənməsi, lift təchizatının yaxşılaşdırılması, yolların təmiri, mədəniyyət, səhiyyə və təhsil ocaqlarının müasir tələblər səviyyəsində yenidən qurularaq sakinlərin istifadəsinə verilməsi və s. istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu işlər təkcə şəhər mərkəzini yox, ətraf küçə və yaşayış massivlərini də əhatə edir.
Gəncədə İdman Sarayının, “Gəncə KOB evi”nin, Ekoloji Park Kompleksinin, o cümlədən "Azərbazalt" MMC-nin sifarişi ilə həyata keçirilən orqanik gübrə istehsalı zavodunun və “AzerGold” QSC-nin törəmə cəmiyyəti kimi “AzerBlast” MMC adı altında fəaliyyət göstərəcək sənaye əhəmiyyətli partlayıcı maddələr zavodunun inşaları sürətlə davam etdirilir. “Gəncə şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi də sürətlə davam etdirilir. Layihə başa çatan ərazilərdə paralel şəkildə küçələrin asfaltlanması işləri də sürətlə həyata keçirilir. Gəncədə sovet dövrlərində belə asfalt olmayan ara küçələrə də yüksək keyfiyyətdə asfalt örtüyü çəkilmişdir. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür. Şəhərin müxtəlif yerlərində "Abad məhəllələr" salınır, yaşayış binaları ətrafında sakinlərin istirahəti üçün şərait yaradılır, idman qurğuları, uşaqlar üçün əyləncə yerləri düzəldilir.
Bir daha qeyd etmək yerinə düşər ki, Gəncə şəhərində həyata keçirilən bütün layihələr dövlət başçısının Nizami yurduna göstərdiyi xüsusi diqqətin və qayğının nəticəsidir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Gəncə şəhərinə səfərləri də bu diqqətin və qayğının bariz nümunəsidir.
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğının, ölkəmizdə aparılan dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu, ölkə rəhbərinin səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız, onların qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, onu həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın” fikirlərində də öz əksini tapır.
Gəncədə bu amili əldə deviz tutan şəhər rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsinin arxasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır. Ümumiyyətlə, ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Gəncə şəhərində birmənalı şəkildə icra edilir.
Şəhərin müxtəlif hissələrində sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəklərinə əsasən, problemlərə yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar və s. onu deməyə əsas verir ki, dövlət daim vətəndaşının yanındadır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələrə ləyaqətlə əməl edərək Gəncə şəhərində vətəndaşların qəbul edilməsinə, onların problemlərinin yerindəcə həll olunmasına böyük əhəmiyyət verir. Hətta, bayram və istirahət günlərində belə Gəncənin müxtəlif hissələrində gəzintiyə çıxan şəhər rəhbəri sakinlərlə görüşür, onlarla səmimi söhbət edir, sakinləri narahat edən məsələlərlə maraqlanır. Bütün bu müsbət keyfiyyətlərinə görə Niyazi Bayramov şəhər sakinlərinin böyük hörmətini qazanmışdır.
Şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının problemləri ölkə başçısının xüsusi nəzarətindədir. Gəncə şəhərində də şəhid ailələri, qazilər və müharibə veteranları xüsusi diqqət və qayğı ilə əhatə olunmuşdur. Mütəmadi olaraq şəhid və qazi ailələri ziyarət edilir, şəhidlərin anım və doğum günləri ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunur, problemləri öyrənilir, onların həlli üçün aidiyyəti qurumlarla birlikdə lazımi tədbirlər görülür.
Ölkə Prezidenti İlham Əliyevin vətəndaşlara olan münasibəti, onlara göstərdiyi qayğı hər bir dövlət məmuru üçün örnəkdir” - deyən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu amilin bundan sonra da hər bir işdə əsas götürüləcəyini sakinlərlə görüşlərində dəfələrlə vurğulayıb.
"Vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılmalıdır"- deyən icra başçısı idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını dəfələrlə vurğulamışdır. Niyazi Bayramov yaralı hərbçilərimizi, xəstələnmiş şəhid ailəsinin üzvlərini xəstəxanada, hətta evlərində belə tez-tez ziyarət edir, onların qayğıları ilə maraqlanır və lazımi tədbirlərin görülməsi üçün aidiyyatı üzrə tapşırıqlar verir.
Ümumiyyətlə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sadəcə həssas kateqoriyadan olan şəxslərə deyil, uşaqlara, gənclərə, yaşlılara, bir sözlə bütün şəhər sakinlərinə çox diqqətlə yanaşır. O, mütəmadi olaraq şəhər ağsaqqalları ilə görüşlər keçirir, Gəncə Uşaq Evinin sakinlərini ziyarət edir, şəhərin müxtəlif yerlərində sadə vətəndaşlarla görüşüb onları narahat edən məsələlərlə maraqlanır.
Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən Gəncədə şəhər rəhbərliyi tərəfindən sakinlərlə mütəmadi görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir. “Açıq mikrofon” şəraitində keçən görüşlərdə sakinləri narahat edən məsələlərin qanuna müvafiq qaydada həllinə çalışılır.
Sonda onu inamla söyləmək olar ki, Gəncədə yaşayan və çalışan hər kəs dövlət başçısının qayğısına, tövsiyə və tapşırıqlarına əməli işi ilə cavab verməyi şərəf hesab edir. Göstərilən etimad hər zaman özünü doğruldur. Bu qədim və həmişəcavan şəhər Azərbaycanın sürətli və dinamik inkişafına öz töhfəsini verə bilir. Buna isə ən böyük stimul Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz inam, dövlətə və dövlətçiliyə tükənməz sədaqətdir.
Vətəndaşlar onların problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə edirlər. Bütün bunlar onu göstərir ki, xalqla hakimiyyətin birliyi dövlətimizi daha da gücləndirir və sarsılmaz edir.
ELÇİN CAVADOV,
Gəncə Dövlət Universitetinin dosenti,
texnika elmləri doktoru
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024