Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (11-08-2023, 14:23)
Vəkil: "Səbail Rayon İcra Şöbəsinin rəisi məhkəmə qərarının icrasına maneə yaradır"

 Vəkillər Kollegiyasının üzvü Qulam İsmayılzadə müdafiəçisi olduğu şirkətin iddiası üzrə məhkəmənin qəbul etdiyi qətnamənin uzun müddətdir icra olunmadığını iddia edir.
Bu barədə vəkil özü e-huquq.az-a açıqlamasında bildirib. O, məsələ ilə bağlı məhkəmə qərarının icrasına məsul olan Səbail Rayon İcra Şöbəsini ittiham edir.
“Nümayəndəsi olduğum “ELLLİS CATERİNG” MMC 2021-ci ildə H.Ş. ilə müqavilə bağlayaraq ona məxsus Bakı şəhəri Səbail rayonu Z.Əliyeva küçəsində yerləşən obyekti icarəyə götürüb. Müqavilənin müddəti 2024-cü ilə qədər nəzərdə tutulsa da, obyektin sahibi 6 aydan sonra qol gücü hesabına şirkəti öz obyektindən çıxarıb. Pozulmuş hüquqlarının bərpa edilməsi üçün tərəf məhkəməyə müraciət edib və Bakı Kommersiya Məhkəməsinin 27.05.2023-cü il tarixli qətnaməsi ilə H.Ş.-nın hərəkətləri qeyri-qanuni hesab edilib. “ELLLİS CATERİNG” MMC-nin obyektdən istifadə hüququ bərpa edilib və H.Ş-nın üzərinə yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi qoyulub. Məhkəmə qərarının 2022-ci ilin dekabr ayından icraya yönəldilməsinə baxmayaraq, H.Ş. icra sənədi üzrə tələbi yerinə yetirməyib, icra məmurunun qanuni çağırışlarına gəlməyib", - deyə o bildirib.
Q.İsmayılzadə deyib ki, məhkəmə qərarının icrasından yayındığına görə cari ilin iyul ayının 7-də Səbail Rayon İcra Şöbəsi borclunun axtarılması haqqında Nərimanov Rayon Polis İdarəsinə müraciət edib: "Nəhayət, 24.07.2023-cü il tarixdə borclu H.Ş. axtarışa verilib. Polis araşdırması zamanı bəlli olub ki, o, Azərbaycan hüdudlarından kənardadır və 05.08.2023-cü il tarixdə Respublikaya geri dönəcək. Bildiyiniz kimi, şəxs Respublika üzrə axtarışa verildikdə o, Azərbaycan Respublikasına daxil olan kimi dərhal polis əməkdaşları tərəfindən saxlanır və axtarışı vermiş quruma məcburən gətirilir".
Vəkil iddia edir ki, bundan sonra Səbail Rayon İcra Şöbəsinin rəisi Anar Qocayev tərəfindən Nərimanov Rayon Polis İdarəsinə axtarış işinə xitam verilməsi haqqında məktub ünvanlanıb: "Borclu bu vaxta qədər icra məmurunun heç bir çağırışına gəlmədiyi təqdirdə Anar Qocayev "zərurət aradan qalxdığı üçün" axtarış işinə xitam verilməsini istəyib. Anar Qocayevin bu qeyri-qanuni hərəkəti ilə bağlı dərhal Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi ilə əlaqə saxlasam da, heç bir tədbir görülmədi. Axtarışın götürülməsi haqqında məktubun hansı səbəbdən verilməsini öyrənmək üçün Səbail rayon İcra Şöbəsinə getdim, lakin məsələni aydınlaşdıra bilmədim. Maraqlıdır ki, Anar Qocayev axtarış üçün zərurətin aradan qalxdığını dedikdə nəyi nəzərdə tutur? İcra şöbəsi hansı səbəbdən axtarışın dayandırılması barədə müraciət edib? Təəssüf ki, aidiyyəti üzrə şikayətlərimin heç bir faydası olmadı. Məhkəmə ədalətli qərar qəbul edir, lakin icra şöbəsi qərarın icrasına maneə yaradır və məhkəmə qətnaməsi bir kağız parçası kimi qalır".
Vəkilin iddiası ilə bağlı Səbail Rayon İcra Şöbəsinə müraciət etsək də, ətraflı cavab ala bilmədik. Bildirildi ki, vəkilin özü məsələnin təfərrüatı barədə məlumatlıdırшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024