Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (5-09-2019, 14:12)
İcra məmurları ayrı-seçkilik edirlər

 


















"Mediatv.az" saytının sadiq oxucuları bir neçə gün əvvəl dərc etdiyimiz "İCRA MƏMURLARI ALİ MƏHKƏMƏNİN QƏRARINI NİYƏ MƏHZ YARIMÇIQ İCRA EDİRLƏR?" sual başlıqlı məqaləni xatırlayarlar. Yada salırıq ki, həmin məqalədə söhbət vətəndaş Əsgərov Nizami Hampoy oğlunun saytımıza göndərdiyi şikayətnamədən gedirdi. Şikayətçi bildirmişdir ki, 30.11.2015-ci il tarixdə Əsgərova Hava Musa qızı və Yaqubova Minurə Nizami qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 106 saylı ünvanda yerləşən 179,2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin üstündə və 22 saylı mağazaya bitişik ümumi sahəsi 47 kv.m olan qanunsuz tikilinin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Əsgərov Nizami Hampoy oğlu əlavə cavabdeh qismində işə cəlb edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddiaçıların cavabdehə qarşı "qanunsuz tikilinin sökülməsi"tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2017-ci il tarixli qərarı ilə Əsgərova Hava Musa qızının şikayəti qismən təmin edilmiş, iş üzrə Nizami rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli qətnaməsi Əsgərova Hava Musa qızının iddiasının rədd edilməsi hissəsində ləğv edilmiş, mübahisəli tikilinin cavabdehin hesabına sökülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Nizami Əsgərov tərəfindən verilmiş kassasiya şikayəti əsasında qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul edilmişdir.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır... Uzun sürən məhkəmə çəkişmələrindən sonra cavabdehlərin kassasiya şikayətini qəbul edən Ali Məhkəmənin Mülki Kollegiyası 08 avqust 2018-ci il tarixli qərarı ilə sözügedən mübahisəli tikilinin Əsgərov Nizami Hampoy oğlunun hesabına sökülməsi tələbinə dair iddianı təmin edilmişdir.
İddiaçı Əsgərova Hava Musa qızı cavabdeh Əsgərov Nizami Hampoy oğlu ilə əvvəllər ər-arvad münasibətində olmuş və boşanana qədər mübahisəli tikilini birgə istifadə etmişlər. Mübahisəli tikili (artırma) alt və üst hissədən ibarətdir. Ali Məhkəmənin qərarını icra edən məhkəmə icraçıları qanunsuz inşa edilmiş tikilinin Əsgərov Nizami Hampoy oğluna aid olan üst hissəsinin sökülməsini təmin etmiş, Əsgərova Hava Musa qızına aid olan alt hissəsini isə toxunmadan saxlamışlar. Onu da qeyd etmişdik ki, artrırmanın alt hissəsinə və binanın zirzəmisinə  iddiaçı tərəfindən giriş-çıxış üçün nə az-nə çox, 5 qapı qoyulmuşdur. Bu isə ümumilikdə binanın yüksaxlayıcı konstruksiyasına xələl gətirir.
Bu mövzuda yazdığımız ötən məqaləni belə bir qənaətlə yekunlaşdırmışdıq ki, söküntünün axıra çatdırılmadan dayandırılması, məhkəmə qərarının icrasının yarımçıq saxlanılması və Əsgərova Hava Musa qızının həmin tikilidən əminliklə kommersiya məqsədilə istifadəyə davam etməsi ikincinin icraçılardan necə deyərlər, "belinin bağlı olmasından" şübhələnməyə əsas verir. Həmin şübhələr isə artıq özünü doğrultmuşdur. Nizami Əsgərovun Mediatv.az-a  verdiyi növbəti məlumata görə, Əsgərova Hava Musa qızının Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsində yüksək vəzifə tutan kürəkəni, Yaqubov Yusif məhkəmə qərarının icrasının gedişatına müdaxilə edir,əlaqələrindən isdifadə edərək məhkəmə qərarının tam icra olunmasına imkan vermir.
Məqalədə adları keçən maraqlı tərəflərin də mövqeyini öyrənməyə hazırıq.шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024