Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (11-02-2015, 18:42)
“İndi isə hər kəsin cavabını polis verir, şair, yazar yox”

Sanki dünən idi... İctimai sektora yeni bir gənclər təşkilatı gəldi. Geyimləri, həyat tərzləri, təbliğ etdikləri ilə yepyeni bir dalğa yaratdılar. Elə adları kimi, “Dalğa” kimi gəncləri öz əhatələrində cəmləşdirdilər. Jurnalistlərin həbsinə ağızlarını “skoçlayaraq” etiraz etdilər, şəhərin mərkəzində kitab aksiyası keçirdilər. 
Və nə az, nə çox, 10 ili geridə qoydular. Təşkilatın yaradıcısı Ramin Hacılı “Yeni Müsavat”a müsahibəsində “Dalğa” hekayəsindən danışdı. Təbii ki, öncə təşkilatın yaranma tarixçəsindən... 
- Təşkilatın yaradıcılardan biri mən oldum. İqtisad Universitetində oxuyurdum. Biz orda təhsil aldığımız zaman çox aktiv idik və həm də ictimai fikirlərimiz vardı. Onları universitet içində reallaşdırmağa çalışır, tələbələrin birliyinə nail olmaq istəyirdik. Amma Azərbaycan reallıqlarını bilirsiz. Universitet daxilində ictimai fəaliyyətlə məşğulluğa mane oldular. 3-cü kursda qərara gəldik ki, daha geniş masştablı qrup yaradaq. Missiyası da gənclərin sözünün dövlətə çatdırmaq,  istəyini ifadə etməkdir. 
- Ad müəllifi kim idi? 
- Artıq 100-dən çox gənc toplaşmışdı. Ad təklifi olanda içəridə 130-dan çox gənc vardı. Konkret “dalğa” adının müəllifi Vüqar bəy idi. O, hal-hazırda demək olar ki, ictimai fəaliyyətlə məşğul olmur. Həmin dövrdə aktiv bir gənc idi. Müxtəlif təkliflər oldu. Onun içində ən çox səs yığan da “Dalğa” oldu. 
- “Dalğa” ictimai sektora azad geyim, azad fikir, müxtəliflik devizləri ilə gəldi. Gənclərin dünyagörüşündə inqilab etməyi hədəfləyən təşkilat öz məqsədinə çata bildimi? 10 il sonra bu təşkilatla bağlı formalaşan fikirlər sizi qane edirmi? 
Ramin Hacılı “Dalğa”nın 10 yaşından danışdı:  “Biz maliyyə məsələsində çox səmimi olmuşuq”
- Çox təəssüf ki, qane eləmir. Bizim əslində məqsədimiz bundan ibarətdir ki, Azərbaycanda gənclər öz azadlıqları ilə özlərini ifadə edə bilsinlər. Çox təəssüf ki, Azərbaycan gənclərinə qarşı yaşlı təbəqənin qısqanclığı, o cümlədən ölkəmizdə mövcud olan, kənardan gələn mental qaydalar bizim fəaliyyətimizə mane olurdu. O, imkan verirdi ki, barəmizdə yanlış təəssüratlar formalaşdırılsın. Hansı ki, bu, bizdən sonra, eləcə də bizdən əvvəl fəaliyyət göstərən bütün təşkilatlara qarşı edilən repressiyanın ilk addımıdır. 
-Sizin barənizdə daha çox hansı təəssürat formalaşdırılmışdı? Nə deyirdilər “Dalğa”çılar barədə? 
- Daha çox azad geyimimiz hədəfə götürülürdü. Deyirdilər ki, “Avropanın, Amerikanın layihəsidir. İstəyirlər ki, Azərbaycanda hippi hərəkatı olsun”. Təbii ki, biz ölkəmizdə, insanlar arasındakı münasibətdə səmimiyyətin tərəfdarıyıq. Səmimiyyət isə onu deyir ki, bizi dünyaya  Hacı Leylək gətirməyib. Biz normal, sivil, azad ölkədə yaşayırıqsa, həqiqətləri də bilməliyik. Bunu müdafiə edəndə isə bizə qarşı deyirdilər ki, onlar azad seks tərəfdarlarıdır və bu, bizim mentalitetimizə ziddir. Biz deyirdik ki, insanlar demokratik seçim eləməlidir, öz seçimini edə bilməyən adam şəxsiyyət ola bilməz. O halda da qıcıqlanır və bizi siyasi hərəkat olmaqda suçlayırdılar. Zaman-zaman Qərbin mövqeyinin müdafiəsində də ittiham edirdilər. Fikirlərimiz kontekstdən çıxarılırdı. Əllərində daha çox resurs olan yaşlı nəsil bunu bacarırdı. Tək bizə qarşı yox, bütün qurumlara qarşı həyata keçirilirdi. Bizim loqonun hazırlanması bir rəssam tərəfindən olub. İdeya müəllifi də filosof Xaqani Hass olub. Loqodan çıxarış ediblər ki, bu, masonluğun simvoludur. Hansı ki, bunun heç bir əlaqəsi yox idi. Sadəcə bunu ortaya çıxarıb, belə təqdim etdilər. Çox təəssüf ki, uğursuzluq girdabına düşən insanlar da bizim uğurlarımızı qısqanırdılar deyə bu fikirləri tirajlayırdılar. 
- Təşkilatın Asim Mollazadənin layihəsi olması ilə bağlı deyilənlər, onun adıyla paralel hallandırılması da yeni xəbər deyil... Hələ də belə qəbul edilir? 
-  Dalğa Gənclər Hərəkatı yarananda mən Asim Mollazadəni tanımırdım. Bizim onunla tanışlığımız təşkilat yaranandan il yarım sonra oldu. Sadəcə bizim aktivlik dönəmimiz həmin dövrlərə təsadüf edir. Yarananda təbii ki, strukturlaşma prosesi gedir. Daha sonra aktiv fəaliyyət başlayır. Bizdə də elə oldu. Həmin dövrə düşdüyü üçün əsaslandırmağa çalışırdılar ki, Asim Mollazadənin layihəsidir. Amma bunu sona qədər deyə bilmirdilər. Çünki “Dalğa” daha radikal idi və öz fikirlərini ifadə edirdi. Daha sərbəst, daha azad görünürdü. O baxımdan bu arqumenti tutarlı hesab etmirəm, cəmiyyətdə də işləmədi. Digər saydığım arqumentlər cəmiyyətə işləməyə başladı. O arqumenti səsləndirən insanlara cəmiyyətdən bir reaksiya vardı. Çünki mühafizəkar cəmiyyət idi və yeniliyi də qəbul etmirdi. Tədricən qəbullanma başlayır. 
 
- Yaxşı, bəs “Dalğa” hardan və ya kimdən maliyyə dəstəyi alırdı? 
- Biz bütün maliyyə imkanlarını səfərbər edərkən çox səmimi olmuşuq. Ona görə də bu günə qədər heç kim deməyib ki, “Dalğa”da maliyyə ilə bağlı nəsə problem olub, ya da maliyyə ilə bağlı ifşa oldu və sair. 10 il ərzində belə şey səslənməyib. Bu daha çox NED Fondundan, Amerikanın Azərbaycandakı səfirliyindən, USAİD, o cümlədən Avropadakı fondlarından olurdu. Amma bizim maliyyə hesabatlarımız hər zaman şəffaf olurdu. Heç kimdən əlbəəl pul almırdıq. 
- Son illər təşkilatın aksiyaları yox dərəcəsində azalıb. Halbuki sizin ayaqyalın aksiyadan tutmuş, siyasi məhbuslara azadlıq, kitab oxuma aksiyasına qədər bir çox tədbirləriniz olurdu. Niyə səngidi? 
- Bunun bir neçə səbəbi var. Mən və yaşıdlarım öz gənclik yaşını başa vurdu. Öz fəaliyyətimiz, karyeramızla məşğuluq. O tipli aksiyaları edəcək yaşda və başda deyilik. Yeni nəsil üçünsə meydan kiçilib. Bizim zamanımızda meydan daha geniş idi. İndi hər hansı bir kitab oxuma aksiyası belə həbs təhlükəsi yaradır. Həmin zaman Azərbaycan daha çox çalışırdı ki, vətəndaşların həbsindən çox onları bu və digər əməllərdən çəkindirmək üçün əks arqumentlər səsləndirsin. Teymurləngin dediyi kimi, bizim şairlər o şairlərə cavab versin. İndi isə hər kəsin cavabını polis verir, şair, yazar yox. (gülür) Ona görə də təhlükəlidir və mən özüm də tövsiyə etmirəm. Hətta kitab oxuma, idman, rəqs və sair aksiyaları da tövsiyə etmirəm. Ancaq sosial şəbəkədə fikirləri yaymaq olar. Əks halda Azərbaycanda bu, həyat üçün təhlükəli sayılır. Hazırda ölkəmizdəki durum insanları özünü qorumağa məcbur edir. 
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024