Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (2-02-2015, 17:44)
“Ərimi dünyanın ən yaxşı hücumçusu sayıram...”

Mediatv.AZ hazırda Türkiyə PTT liqasında çıxış edən “Manisaspor” klubunun və milli komandamızın sabiq hücumçusu Branimir Subaşiçin xanımı Miliça Subaşiçin qafqazinfoya müsahibəsini təqdim edir:

 

- Azərbaycana gəldiyiniz ilk illəri necə xatırlayırsınız?
- Əla. Həmin günləri indiki kimi yadımdadır. “Neftçi”dən təklif gəldi. Əvvəlcə menecerlər görüşdülər. Sonra Subaşiç dedi ki, Azərbaycanda oynayacam. Biz bura gəldik. O ilk oyununda yaxşı təsir bağışladı. “Neftçi”də hər kəs onu sevirdi, ona hörmət edirdi. 
- Serbiyadan gəlib Bakıda yaşamaq çətin idi?
- Bizim ölkələrimiz arasında fərqlər böyükdür. Istər yemək baxımından, istər insanlar baxımından hər şey fərqlidir. Amma biz Azərbaycana tez öyrəşdik. 
- Uzun illər ölkəmizdə yaşamısınız. Hansı xatirələriniz var?
- Bura gəldiyim illəri yaxşı xatırlayıram. İndiki Bakı ilə o vaxtkı şəhər arasında yerlə göy qədər fərq var. Çox şey dəyişib. Yaxşılığa doğru gedir. Yeni yollar, binalar, otellər, restoranlar var. Amma bu dəyişikliklər çox tez bir zamanda baş verdi. Sizin ölkənizi çox sevirəm.
- Həyat yoldaşınız necə insandır?
- İndi yaxşıdır (gülür). Bizim iki gözəl uşağımız var. Biz yaxşı bir ailəyik. 
- Bəs, futbolçu kimi onu necə xarakterizə edərdiniz?
- O, karyerası ərzində bəzən çox yaxşı, bəzən də istəmədən zəif çıxış edib. Mən futbolçu kimi də onu sevirəm. Dünyanın ən yaxşı hücumçusu sayıram.
- Branimir uzun müddət Azərbaycanda oynayıb. “Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ” və “Qarabağ” kimi klubların şərəfini qoruyub. Amma bir vaxt oldu ki, çox zəif oynayırdı və problemləri vardı. Ona necə dəstək olurdunuz?
- Hər zaman hər yerdə istənilən vəziyyətində onun yanında olmuşam. Mən də, Branimir özü də düşünür ki, onun ən böyük səhvi Azərbaycandan getmək idi. Bu səhv onun karyerasına ağır zərbə vurdu. “Neftçi”dən gedəndən sonra bir çox problemlər yaşadı. Zədələndi. Sonra özünə gəldi və Bakıya qayıtdı. “Qəbələ”də, “Xəzər Lənkəran”da oynadı. Amma “Neftçi” tamam fərqli idi. 
- O, “Neftçi”yə qayıtmaq istəyir?
- Hər zaman Azərbaycanla bağlı xəbərləri izləyir. Serbiyada kimə Azərbaycan haqqında məlumat lazım olursa, yadına birinci Branimir düşür. O, mənimlə bu barədə heç danışmayıb. Amma hər zaman bir sözü deyir ki, mən “Neftçi”dən getməklə səhv elədim. 
- Həyat yoldaşınız uzun müddət millimizin şərəfini qoruyub...
- Həmin illəri xatırlayıram. Çox gözəl günlər idi.
- Milli komandamıza qayıtmaq haqqında düşünürmü?
- Əlbəttə. O, bunu istəyir. Bu barədə çox danışırıq. Həmişə deyir ki, niyə mənə zəng vurmurlar? Amma artıq onun milliyə qayıtması çətindir. 
- Azərbaycan yığmasının yeni baş məşqçisi Robert Prosineçkini tanıyırsız?
- Əlbəttə. O, uzun müddət “Srvena Zvezda”da baş məşqçi işləyib. Amma yoldaşımın onunla münasibəti yoxdur. 
- Hazırda Türkiyədəsiniz. Özünüzü rahat hiss edirsinizmi?
- Hər şey yaxşıdır. Türkiyə böyük və gözəl ölkədir. 
- Branimir üçün Türkiyə, yoxsa Azərbaycan yaxşıdır?
- Futbol oynamaq üçün məkanın fərqi yoxdur. Amma etiraf edim ki, biz Azərbaycan, Bakıya çox bağlıyıq. Ora bizim ikinci vətənimizdir. Bəzən çox darıxırıq. 
 
- Hazırda “Neftçi”də həmyerliniz Saşa Stamenekoviç oynayır. Onunla əlaqə saxlayırsız?
- Əlbəttə. O, çox yaxşı oğlandır. Branimir həmişə onunla Azərbaycan haqqında danışır.
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024