Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman / Region (6-01-2015, 17:43)
“Mənim pulsuz oynamağa nə səbrim, nə də pulum qalıb“

"Bakı"nın hücumçusu, 9 qolla premyer-liqanın bombardiri Nurlan Novruzov sportnet.az saytına müsahibə verib

 

Mediatv.AZ həmin müsahibəni təqdim edir:
- "Bakı" dünən fasilədən sonra məşqlərə başladı. Lakin məşqdə nə sən, nə də Rəhman Hacıyev iştirak edib. Buna səbəb nədir?
- "Bakı" ilə bağlı problemlər yaşanır. Demək olar ki, futbolçu karyeramı bitirmək üzrəyəm.
- Bu məsələdə ciddisən?
- Nə edəcəm başqa?! Siz məsləhət verin - edim.
- "Bakı"da qala bilərsən məsələn...
- "Bakı"da qal demək asandır. 15 aydır evdən pul alıram, daha həqiqətən üzüm yoxdur ailəmdən yolpulu almağa.
- Axı klub imkanlı vaxtlarında səni maaşla təmin edib...
- Belə deyirsiniz, amma mən də hambal və ya qul deyiləm. Mənim də maddi tərəfdən ehtiyaclarım var. Düzdür, yaxşı günlərdə pulumu veriblər, amma mən də kef eləməmişəm. Qarda, palçıqda, 38 dərəcə istidə məşq edib, futbolumu oynayıb klubun uğurları üçün çalışmışam. Bu  dövrdə kimsə heç nəsiz adama pul verir? Lakin mən 15 ay "Bakı"dan pul almamışam. Həmin pulları da istəmirəm. Başqa komandaya keçmək istəməyimdə haqlıyam. 15 ay dözmüşəm. Artıq mənim pulsuz oynamağa nə səbrim, nə də pulum qalıb.
- Yaşar Seyidov deyir ki, Nurlana borcumuz yoxdur...
- Nurlanın ağlı yoxdur ki, klub pulunu vaxtında verir, amma o, komandadan getmək istəyir ? Siz Allah, camaat nə uşaqdır, nə də kor. Hamı yaxşı bilir məsələ nədir, ayıbdır!
- Bir ara adın "Neftçi" ilə birgə hallanırdı. O məsələ niyə alınmadı?
- Mən "Neftçi" rəhbərliyi ilə konkret 1 illik müqavilə imzalamaq istəyirdim. Onlar da razılaşmışdılar. Lakin sonra onlar mənimlə 3 və ya 5 illik müqavilə bağlamaq istədiklərini dedilər. Bu da mənə heç cür sərf eləmədi.
- İndi dəqiq nə etmək fikrindəsən?  AFFA-ya şikayət edib müqaviləni pozmaq niyyətin varmı?
- Hələlik gözləyirəm, görək nə olur. Mən qərarımı vermişdim, amma atam icazə vermir. Mənə əsas olan atamın qərarıdır. 
- Atan futbolçudur?
- Futbolçu olmağı vacibdir ki?
- O mənada soruşuruq ki, belə məsələlərdə daha peşəkar qərar verə bilərmi?
-  Atam "Bakı"nın bazasına gedərək xahiş edib ki, məni komandadan buraxsınlar. Amma ona hörmət qoymayıblar. Atamın 60 yaşı var, amma uşaq kimi aldadıblar. Ona görə də indi atam mənə icazə vermir ki, bir daha "Bakı"nın bazasına ayağımı qoyum.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024