Region / Karusel (19-01-2015, 12:14)
“20 yanvar M.Qorbaçovun apardığı dağıdıcı siyasətin nəticəsi idi“
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov növbəti dəfə 25 il əvvəl 1990-cı ildə baş verən "Qanlı yanvar" hadisələrindən danışıb
Mediatv.AZ a24.az-a istinadən Mütəllibovun müsahibəsindən bir hissəni təqdim edir:
- Ayaz müəllim qarşıdan Qanlı 20 Yanvar faciəsi gəlir. Bu barədə nə deyə bilərsiz?
- Hər şeydən əvvəl, dərin hüznlə 20 yanvar gecəsi həlak olanların qohumlarına və yaxınlarına baş sağlığı verərdim. Onlar ölkəmizin layiqli vətəndaşları idilər. Bəzi məsuliyyətsiz insanların çağırışlarına inanaraq, öz canlarını Vətən yolunda əsirgəmədilər.
Onlar ictimai və konstitusion quruluşu təmin etmək adıyla Azərbaycan respublikasına SSRİ rəhbərliyi tərəfindən göndərilmiş silahlı əsgərlərin qarşısını almaq üçün həqiqətən vətənpərvərlik nümayiş etdirdilər. Mən bir neçə dəfə KİV nümayəndələrinin 20 yanvarın səbəbləri ilə bağlı suallarına cavab vermişəm. Təkrarlanmaq istəmirəm. Təəssüf edirəm ki, respublikanın özündə müəyyən qüvvələr vardı ki, Moskva ilə mənasız qarşıdurmada insanların həyatı üçün real təhlükəni nəzərə almadılar. Vətəndaşları piketlərdən uzaqlaşdırmadılar. İş onda idi ki, Dağlıq Qarabağda baş verən hadisələrin azərbaycanlılara psixoloji təsiri o qədər böyük idi ki, güclü təbliğat nəticəsində onları istənilən provokasiyaya çəkə bilərdilər. Buna səbəblərdən biri kimi erməni separatçılarının Dağlıq Qarabağda etdikləri özbaşınalıqlar və həmin dövrdə ölkə rəhbərliyinin öz nüfuzunu itirməsi idi. Hüquq mühafizə orqanları demək olar ki, kənara çəkilmişdilər, çoxları, bəzi dövlət məmurlar kimi, açıq şəkildə “demokratik” qüvvələrlə əməkdaşlıq edirdilər. Azərbaycanın çoxminli kommunist partiyası da vəziyyəti şəhər və rayonlarda , o cümlədən Bakıda, nəzarətdə saxlayan radikal meylli müxalifətinin qarşısını ala bilmədilər. 80-ci ilin axırında və 90-cı əvvəllərində baş verən hadisələri Qarabağ faktoru ilə əlaqələndirmək lazımdır. Mərkəzi hökumətin vəzifəli şəxsləri koflikti beşiyində həll etmək əvəzinə susurdular. Azərbaycanda vəziyyətin gərginləşməsində marağı olan qüvvələr bu faktordan istifadə edirdilər və beləliklə konflikti dəstəklədilər,
Aydındır ki, radikal yenidənqurma konsepsiyasını, daha doğrusu SSRİ-nin siyasi və iqtisadi əsaslarının liberallaşdırılmasını qəbul etmiş Kreml müttəfiq respublikalarda da siyasi rejimlərin dəyişdirilməsi, hətta SSRİ-nin tərkibindən onların çıxması üçün separatizmin güclənməsi sahəsində işlər aparırdı. Xüsusən bu özünü separatizmə tutulmuş müttəfiq respublikalarda baş verən millətlərarası konfliktlərdə özünü büruzə verirdi. Deməli, yenidənqurmanın strateqləri respublikaların mərkəzdənqaçmanın qarşısını almaq üçün müttəfiq respublikalarda SİKP strukturlarını hörmətdən salırdılar. Onlar bu məsələni Zaqafqaziya respublikalarında uğurla həyata keçirmişdilər. O zaman ərazi konfliktləri nəticəsində SSRİ-nin bünövrəsini təşkil edən kommunist təşkilatları dağıdılmışdı. Hakimiyyətə Kreml tərəfindən legitimləşdirilmiş Xalq Cəbhələri adıyla ictimai hərəkatı təşkil edən yeni qüvvələr can atırdılar. Onlar ilk dövrdə kommunist təşkilatlarına müxalifət rolunu oynamalı idilər. Yenidənqurma arxitektorlarının səhvi onda idi ki, siyasi səhnədən SİKP silməklə, özlərindən asılı olmayaraq beynəlmiləlçilikdən əl çəkib radikal millətçiliyi ortaya atırdılar. Bu tamlığı ilə ortaya çıxanda isə Mərkəz tələsik şəkildə mərkəzdənqaçma tendensiyaları güclü olan bir sıra müttəfiq respublikalarda güc tətbiq etməyə başladı. Tiflisə, Bakıya,Vilnusa ordunun yeridilməsini bununla izah etmək olar . Təsadüfü deyil ki, 1990-cı ilin yanvarında AXC və Kreml arasında qan töküldü. O zaman isə respublika rəhbərliyi daha gözdən salınmışdı və heç cürə Qarabağ hadisələrindən irəli gələn təhlükəli konfrontasiyanın qarşısını ala bilmirdi.
- Ayaz müəllim Qanlı 20 yanvar hadisələrində günahkarlar içində hələdə sizin adınız hallandırılır. Sizi indiyədək Qanlı 20 yanvarda günahkar görən insanlara cavabınız nədir?
- Yuxarıda göstərdiyim faktlar bəs edir ki, o dövrdə baş verənlərin mahiyyətini anlayasan. 20 yanvar M.Qorbaçovun apardığı dağıdıcı siyasətin nəticəsi idi və burada heç bir Azərbaycan rəhbərinin günahı yoxdur. O ki qaldı məni günahkar sayanlara, anlamalıdırlar Azərbaycanın ilk Prezidenti haqqında belə şayiələri yaymaqla, Azərbaycanın dünyadakı imicini yerə vururlar və çalışırlar ki, siyasi uğursuzluqlarını ört-basdır etsinlər. Azərbaycan demokratik ölkədir, hərənin öz fikri var, ancaq obyektiv olsalar, daha yaxşı olardı.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024