Region (15-01-2015, 14:33)
“Elə sual verdiniz ki, adam fikirləşmək istəyir“
İlkin Misgərli ad-soyadı çoxlarınıza tanış olmaya bilər. Amma onu Qılman doktor obrazıyla böyük əksəriyyət tanıyır
Bir müddət Müşfiq Şahverdiyevlə “Bu da bu” layihəsində çalışan aktyor hazırda “Bozbash pistures” komandasının sevilən üzvlərindəndir.
PİA.AZ bildirir ki, publika.az-ın suallarını aktyor İlkin Misgərli cavablandırır.
- İlkin bəy, əvvəlcə soyadınızdan başlayaq. Misgərli nadir soyadlardandır...
- Bu, bizim dədə-baba soyadımızdır. Adından da göründüyü kimi, misgərliklə bağlıdır.
- Həmkarınız Müşfiq Şahverdiyevlə iş birliyiniz bitdimi?
- Xeyr, bitmədi. “My name is İntiqam” filmi hazırda kinoteatrlarda nümayiş olunur. Yəqin ki, yaxın günlərdə daha bir filmin çəkilişlərinə başlayacağıq.
- Eyni zamanda “Bozbash pictures” komandasının üzvüsünüz.
- Bəli.
- Sizin Müşfiqlə olan “Bu da bu” layihənizin taleyi necə oldu?
- O layihə Murad Dadaşovun layihəsi idi və artıq bitdi.
- “Bozbash pictures”də iştirakınızla bağlı təklif kimdən gəldi?
- “Bu da bu”dan sonra boşluq idi. İlkin Həsəni dəvət etdi, mən də razılaşdım.
- Amma Müşfiq dəvət olunmadı...
- Onu yalan deyərəm. Səhv etmirəmsə, Müşfiqi də dəvət etmişdilər.
- Qılman doktor obrazı kimin ideyasıdır?
- Ümumi məsləhətləşmələrdən sonra yaranan obrazdır.
- Real həyatda belə bir həkim tanıyırsınız?
- Vallah, savadsız həkimlərin çoxu elə Qılmandır.
- Bildiyimə görə, bir dəfə Salyanda səhhətinizdə problem yaranıb. Həkimə getmisiniz, sizə baxmaq istəməyiblər ki, bizi ələ salırsan, indi də yanımıza gəlirsən.
- Hə, bir dəfə belə bir hadisə olub. Salyanda səhhətimdə problem yarandı. Yayda olan söhbətdir. Qılman doktor Salyan ləhcəsi ilə danışır deyə, həkimlər elə bilmişdilər ki, salyanlıları ələ salıram. İzah etdim ki, mən özüm də salyanlıyam, obraza şirinlik qatmaq üçün belə etmişəm. Pis həkimə qalınca, elələri hər yerdə var. Axır ki, razılığa gəldik, müalicə elədilər. Amma onlar normal həkimlər idi, Qılman səviyyəsində deyildilər.
- Aktyorluq təhsiliniz varmı?
- 2000-ci ildə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olunmuşam. 2004-cü ildə universiteti bitirib, bir il YUĞ teatrında işləmişəm.
-YUĞ yetərincə fərqli janrdadır və məncə, komediya ilə paradoks təşkil edir...
- Əvvəldən komediyaya meylli olmuşam. İkinci kursdan da YUĞ teatrında Vaqif İbrahimoğlunun tamaşalarında oynamışam. O həmişə mənə komik obrazlar verirdi. YUĞ özü böyük bir məktəbdir. Orada işləyib təcrübə yığırsansa, səninçün istənilən teatrda işləmək problem deyil.
- Toylara gedirsiniz?
- Yox.
- Əvvəldən getməmisiniz?
- Əvvəllər Müşfiqlə birgə getmişəm. Amma heç sevmirəm və istəməzdim gedim.
- Nə vaxtdan toylara getmirsiniz?
- İki ildir getmirəm. Təxminən bir il toylara getmişəm.
- İndi buna maddi baxımdan ehtiyacınız yoxdur, yoxsa düşünürsünüz ki, sənəti toyxana səviyyəsinə salmaq olmaz?
- Toyda elə insanlarla rastlaşırsan ki...Orada hər cür tipaj görürsən də. Biri guya səni çox istəyir, amma əlinin yağını yaxır sifətinə. Yeyir bozbaşı, gəlir deyir ki, səni çox istəyirəm. Necə qucaqlayırsa, baxırsan ki, pencək getdi...
- Həyatda sizə Qılman doktor gözü ilə baxıb yaxınlaşan insanlar olur?
- Təbii ki, olur. Yolda səni görüb cumur üstünə, çağırır ki, Qılmaaaan. Başa salırsan ki, Qılman ordaydı, adım İlkindir. Görür ki, normal insanla rastlaşıb. Bilirsiniz, vəziyyəti bu həddə çatdıran aktyorlar olub. Oynadığı obrazdan həyatda da çıxmayıb.Yaxud da elə insanlar özünü oynayıb. Mütləq “My name is İntiqam” filmində yüngül kişi obrazını oynamışam. İndi o demək deyil ki, real həyatda mənə elə yanaşmalıdırlar.
- “Bozbash pictures”in beş nəfərlik komandası vardı və orada altıncı obrazı təsəvvür etmək mümkün deyildi. Amma Qılman doktor tezliklə kollektivə uyğunlaşdı. Bu təklif olanda özünüz tərəddüd etmədiniz ki?
- Özüm də bilirdim ki, o beşliyin içərisinə girmək, özümü tamaşaçılara sevdirmək çox çətin olacaq. Doğrudan da, çox çətin idi. Bacardığım qədər tamaşaçının ürəyinə yol tapmağa çalışırdım. İlk seriyalardan mənə yazırdılar ki, siz supersiniz. Amma düşünürdüm ki, daha yaxşı oynamalıyam. Üç-dörd həftədən sonra mən də o ailənin üzvü oldum.
- Kollektivə qoşulmazdan əvvəl ən bəyəndiyiniz obraz hansı idi?
- Orada hər birinin öz şirinliyi var.
- Sırf tamaşaçı kimi bəyəndiyiniz hansı idi?
- Tamaşaçı kimi həmişə Fəlakətə baxıb gülürdüm. O cür tipajı harada görsən, baxıb gülərsən. Şirinin hərəkətləri, səsi də maraqlıdır. Amma onları ümumilikdə bir-birindən ayırmaq doğru deyil.
- Bəziləri düşünürlər ki, Qılman doktor qısa müddətdə Fəlakətdən daha çox seviləcək...
- Tamaşaçının belə düşünməsi xoşdur. Qılman obrazı qısa müddətdə belə sevilibsə və buna görə mənə zəng etmisinizsə, çox sevinirəm. Amma Qılman doktorun Fəlakətdən daha çox seviləcəyini deyə bilmərəm.
- Bayaq bildirdiniz ki, toya getmirəm. Birdən kimsə 5-10 min təklif etsə, yenə də razı olmazsınız?
- Elə sual verdiniz ki, adam fikirləşmək istəyir. Amma istərdim ki, o dediyiniz məbləği öz sənətimdən qazanım, nəinki toydan. Sənətə, aktyorlara qiymət versələr, toya ehtiyac olmaz. Amma o qədər məbləğ versələr, fikirləşərəm.
-“Bozbash pictures”dən aylıq əməkhaqqı alırsınız, yoxsa hər çəkiliş günü üçün qonorar?
- Yox, aylıq maaş alıram.
- Sirr deyilsə, nə qədər?
- Ayda beş yüz manat.
- Qane edir?
- Kimi etməz ki?
- Ayda dörd seriya təhvil verirsiniz. Dörd seriyaya beş yüz manat qane edir sizi?
- Belədir də, nə edək?
- Özünüzü “Stand up” janrnda sınamaq istərdinizmi?
- Yox, o mənim stilim deyil.
- Sosial şəbəkələrdə adınıza bir neçə profil açılıb. Özünüz varsınızmı orada?
- Mənim ”Instagram” səhifəm var. Amma digərlərində özüm deyiləm, dostlar-tanışlardır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024