Problem / Karusel / Slayd / Redaktor seçimi (9-04-2019, 04:14)
QAÇQINKOMUN REGİONAL NÜMAYƏNDƏLİYİNDƏ NƏ BAŞ VERİR?
Qaçqın və məcburi köçkünlərin evlə təmin olunması, mənzil şəraitinin yaxşılaşdırılması bir problemdisə, məşğulluqlarının təmini isə başqa bir problemdir. Dövlətimiz bu kateqoriyadan olan insanlara həssaslıqla yanaşır, onlara qayğı göstərir. Son illər qaçqın və məcburi köçkünlərin yaşaması üçün çoxsaylı qəsəbələr, çoxmənzilli evlər inşa olunub. Bu proses indi davam etdirilir. Onların işlə təminatı istiqamətində də davamlı tədbirlər həyata keçirilir. Hərçənd, bu müstəvidə hərdən elə neqativ hallara, qanunsuzluqlara rast gəlinir ki, heç bir qəlibə sığmır. 1999-cu il təvəllüdlü Hüseynov Kərim Mətləb oğlu 2017-ci ilin uyul ayında hərbi xidmətə çağırılanda aşkarlanıb ki, sən demə o, 8 ay imiş ki, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Qax-Zaqatala-Balakən rayonları üzrə nümayəndəliyində fəhlə kimi "işləyir və maaş alırmış". Məsələni Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Qax rayon prokurorluğu araşdırıb. Nümayəndəliyin rəhbəri statusunu daşıyan baş məsləhətçi Vidadi Hacıyev prokurorluqda dindirələrək izahatı da alınıb. İş burasındadır ki, V.Hacıyevin yaşadığı Qax rayonundakı bankomatln videogörüntü yaddaşında K.Hüseynovun adına olan plastik kartın məhz V.Hacıyev tərəfindən istifadə edilərək nağd pul çəkildiyini əks etdirən qeydlər üzə çıxıb. O vaxt Kərimin anası Ziyafət Ellazova anomiya xəstəliyindən əziyyət çəkdiyindən, bir dəfə izahat verəndən sonra daha bu işin ardınca düşə, hüquq-mühafizə, cinayət təqibi orqanlarına gedib-gələ, onların qəbul etdikləri qərarların surətlərini ala bilməyib. Bu günlərdə Mediatv.az saytının redaksiyasına müraciət edən Ziyafət xanım bildirir ki, maddi durumları ağırdır. İki qardaşı da Qarabağ əlili olduqlarından onlar da bacılarına əl tuta bilmirlər. O zaman V.Hacıyev onlara başqa qeyri-məqbul təkliflər edib ki, qarşılığında Kərim özü ərizə yazıb işdən çıxsın. Ailənin maddi vəziyyəti acınacaqlı olduğundan, ana və oğul Vidadinin birdəfəlik xarakterli təklifləri ilə razılaşmayıblar: "Dedik ki, Kərim işə girəndə ərizə verməyib ki, çıxanda da öz ərizəsi ilə çıxsın. Çıxarırsansa əmr ver, Əmək Məcəlləsinin müvafiq bildiyin maddəsi ilə işdən azad et. Yaxud da, bir halda ki, Kərimin adı işdə gedir, qoy elə doğrudan qalıb işləsin. Dedik ki, bizə rüşvət-filan lazım deyil, daimi iş yeri lazımdır, haramxor deyilik, özümüz zəhmət çəkib halal çörəyimizi qazanmaq istəyirik". Buna isə V.Hacıyev razı olmayıb. Ziyafət xanımın sözlərinə görə, nümayəndə ondan "yuxarının" adı ilə işə düzəldilməsi üçün 2 min manat tələb edib: "Görünür, ona Kərimin məhz özünün qol çəkəcəyi ərizə ilə işdən getməsi lazım imiş. Çünki ikinci - işdən çıxma xahişini ehtiva edəcək ərizədəki həqiqi imza eyni zamanda birinci - işə qəbul istəyini ifadə edən ərizədəki saxta imzanın da Kərimə məxsus olduğunun sübutu kimi xidmət edəcəkdi. V.Hacıyev əmək haqqı və sosial sığorta kartlarını K.Hüseynova qaytarmalı olub. Bir müddət vəziyyət beləcə davam edib. 2019-cu ilin yanvarında isə V.Hacıyev yenidən israrlarını davam etdirib. Deyib ki, işini Vüsal Kərimliyə təhvil verdiyindən, Kərimin də "məsələsini tamamlamalıdır". Mediatv.az olaraq, məsələ ilə əlaqədar araşdırma aparırkən, Vidadi Hacıyevin özü ilə telefon əlaqəsi qurduq. Hacıyev öz mövqeyini belə bildirdi: "O qadının dedikləri şər-böhtandı. O özü də məcburi köçkün deyil, Ermənistanlı qaçqındı. Məcburi köçkün onun laçınlı əri olub, boşanıblar, övladları da ananın himayəsində qalırlar deyə məcburi köçkün statuslu deyillər. Qadın bizə 2 ildir ki, hədə-qorxu gəlir ki, pul qoparsın... Dəfələrlə yuxarı instansiyalara yazıb, dödr dəfə respublika prokurorluğuna, beş-on dəfə Qaçqınkoma, rayon prokurorluqlarına müraciət edib, qəbullara gedib qəsdən özünü xəstə kimi təqdim edir, yıxılır, ağlayır. Qəsəbədə bir nəfər köçkün onunla danışmır, əri də baş götürüb çıxıb gedib onun əlindən". Kərimin kartı ilə bankomatdan pul çəkməsi məsələsinə aydınlıq gətirməsini xahiş etdikdə isə V.Hacıyev təkzib etmədi: "Bəli, oğlunu işə götürmüşdük, amma işə gəlmirdi. Qadın deyirdi ki, guya oğlunun cibinə nəşə atdırmaq istəyirəm. İş Qax rayon prokurorluğunda araşdırılıb və işə xitam verilib. O oğlanın özünün qrupu var. Qurğu qurublar ki, kartı ver Vidadi müəllimə, bankomatdan çəkəndə şəkli düşəcək və ilişəcək. Mən demirəm ki, kartla pul almamışam. İşə girmə ərizəsinə də oğlu özü qol çəkib. Xəttin ona məxsus olması ekspertizada yoxlanılıb, təsdiqlənib. Zaqatala rayon Polis Şöbəsinin rəyi var ki, bunlar problemli ailədirlər, ömrü boyu bu kimi işlərlə məşğul olublar..." V.Hacıyevin cavabından bəlli oldu ki, o, Komitədə qulluq keçən dövlət qulluqçularının etik davranış kodeksinə də əməl etmir. Adına pul yazıb mənimsədiyi adamın özünü qrup halında cinayət törətməkdə suçlayır, anasını ailənin dağılmasının səbəbkarı kimi təqdim edir, cəmiyyətin gözündən salmağa çalışır. Yaddan çıxarır ki, dövlət qulluqçusu öz vəzifəsinin icrası prosesi, qaçqın və məcburi köçkünlərin, o cümlədən vətəndaşların müraciətlərinə baxılması, Komitə tərəfindən həyata keçirilən tədbirlər zamanı, həmçinin Komitəyə həvalə edilmiş digər səlahiyyətləri həyata keçirərkən fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.Biz hansı tərəfin haqlı,hansı tərəfin haqsız olduğunu, səslənən iradların və verilən cavabların Qanunla necə tənzimləndiyini qoy aidiyyatı qurumlar araşdırsın.Hər iki tərəfin mövqeyini olduğu kimi işıqlandırdıq, qiymət vermək isə bu sahəyə məsul olanlarındır
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024