Problem / Redaktor seçimi (2-02-2018, 15:48)
“Azərpoçt” MMC-nin filialı TXM-də ara qarışdı-bir idarədə iki müdir
Redaksiyamıza Yasamal rayonu, Yeni Yasamal 1, ev 4, mənzil 91-də yaşayan Həşimov Səxavət Dövlət oğlu tərəfindən şikayət məktubu ünvanlanıb. Şikayətçi Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə də məktub ünvanlayıb. Şikayət məktubunu olduğu kimi dərc edirik.
Yazıb sizə bildirirəm ki, “Azərpoçt” MMC-nin filialı TXM-də mühərrik-çilingəri kimi fəaliyyət göstərirdim. Mənimlə bərabər 9 nəfərə yaxın bu xidmət sahəsində çalışırdıq. İşə daxil olduğumuz ilk gündən mənimlə bərabər həmin 9 nəfərlə əmək müqaviləsi bağlanmamışdı. İdarənin rəisi kimi təqdim olunan Samir Bağırov aylıq əmək haqqı hesablaşmasını heç bir tabelə qol çəkmədən aparırdı. Bu yaxınlarda isə özünü Oktay kimi təqdim edən yeni müdir mənim və Taleh İsmayılovun işdən azad olduğumuzu bildirdi.
Hörmətli cənab Prezident!
Sizdən xaiş edirəm haqsız yerə işdən çıxarılma səbəblərinin göstərilməsinə , bu işdə günahı olanların aydınlaşdırılaraq cəzalandırılmasına və mənim yenidən işə bərpa olmağıma köməklik göstərəsiz. Bildirirəm ki, bu idarə nə mənim əmək kitabçamı, nədə ki, idarədə işləməyim haqqında rəsmi sənəd ortaya çıxarda bilmir. Hətta işdən azad olunduğum üçün “raşot” pulunu vermirlər. 7 nəfər ailə üzvlərimiz Sizin bizə yardım edəcəyinizə inanırlar. Xatırladım ki, işlədiyim 5 il ərzində idarə tərəfindən nə, töhmət, nədə ki, xəbərdarlıq almamışam.
P.S. Redaksiya olaraq materialı araşdırmaq məqsədi ilə sözügüdən idarə ilə əlaqə saxladıq. İdarənin mühəndisi Aydın müəllim bildirdi ki, suallarınızı yalnız idarənin rəisi Samir Bağırov cavablandıra bilər. Samir Bağırovla isə laqə yaratmaq mümkün olmadı. Qarşı tərəf fikir bildirməkdə sərbəstdir.