Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (10-05-2017, 15:27)
Regional Mədəniyyət və Turizm İdarəsindən şikayət var

Regional Mədəniyyət və Turizm İdarəsindən şikayət var 

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsində baş verən özbaşınalıqlarla bağlı Mediatv.az-ın elektron poçtuna şikayət ərizəsi daxil olub.Vətəndaş  Gövhər Hacıyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və birinci vitse prezident Mehriban xanım Əliyevaya müraciət edib.Müraciəti olduğu kimi təqdim edirik.

Cənab prezident, hörmətli Mehriban xanım!

Mən iyirmi ildən artıqdır ki, mədəniyyət sahəsində çalışıram. İşimə həmişə məsuliyyətlə yanaşmışam, müdriyyətin verdiyi tapşırıqları tələb olunan səviyyədən də artıq yerinə yetirmişəm. Biləndə ki, mədəniyyət şöbəsi Reqional Mədəniyyət və Turizm İdarəsi kimi fəaliyyət göstərəcək mən də həmkarlarım kimi bu xəbərə sevindim. Cünki biz mədəniyyət işçiəri yenilikləri cox sevirik. Rayonda mədəni- kütləvi tədbirlər, bayram konsertlərinin, sərgilərin keçirilməsi, ekskursiyaların, səyahətlərin təşkil olunması, teatr və tamaşaların nümayiş etdirilməsi bizim üzərimizə düşür.

Cənab prezident, hörmətli Mehriban xanım!

Reqional Mədəniyyət və Turizm İdarəsinin rayonumuzda yaradılması bizim isimizi daha maraqlı edəçəyi və ona  daha gözəl bir rəng qatacagı ümidi ilə gözləyirdik. Lakin  Ağstafa Reqional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev kecirtdiyi ilk içlasda bizim əlimizi – ayağımızı yerdən – göydən üzdü, bütün ümidlərimizi puç etdi. Belə ki, Ramiz Quliyevin  ilk sözü bu oldu ki, rayonlarda mədəniyyət şöbələrinin ləğv olunması və Reqional İdarənin yaranmasının əsas səbəbi odur ki, Dövlət çöküb, iqtisadiyyat zəifləyib, büdcədə pul yoxdu. Bütün sahələrdə ixtisar getdiyi kimi mədəniyyət şöbələrində də xeyli ixtisar gedəcək. Yəni beş nəfərdən üç nəfəri işdən azad ediləcək. Bizi narahatlıq bürüdü, axı kim isdəyər isindən –güçündən olsun. Hamı ailə, ev- eşik sahibidir.

 Cənab prezident, hörmətli Mehriban xanım!

İclasdan bir neçə gün sonra müdriyyət tərəfindən bizə tapşırıldı ki, idarənin adının dəyişdirilməsi ilə əlaqədar bütün işçilər yenidən işə qəbul olunmaları üçün Regionun rəisi Ramiz Quliyevə rəsmi olaraq ərizə yazmalıdırlar. Bu bizim həyəcanimizi bir qədər də artırdı. Lakin verilən tapşırığı yerinə yetirmək məçburiyyətindəydik. Hamı bir nəfər kimi ərizə yazdıq. Elə özümüz də beləcə öz quyumuzu öz əlimizlə qazdıq. Ramiz Quliyev vəzifəsindən asılı olmayaraq bəzi işçiləri təqaüdə göndərdi, bir qrup işcini isə işdən azad etdi. Bu işçilrdən biri bə mənəm.

Cənab prezident, hörmətli Mehriban xanım!

Biz bu başımıza gələnlərə görə məyus olsaq da, sarsılsaq da dərdimizi ürəyimizdə cəkdik. Elnən gələn toy bayramdir deyə oturduq evimizdə. Düşündük ki, Ramiz Quliyev dövlət adamıdı, özbaşına böyük bir iclas keçirdib deməz ki, Dövlətin sizi saxlamağa pulu yoxdu. Demək bu sözləri deməkdə asası var. O, da yəqin nazirliyin müvafiq tapşırığını yerinə yetirir. Buna görə də isdən çıxarılmağımız barədə nə Sizə cənab Prezident, nə Mehriban xanıma, nə də ki, Əbülfəz Qarayevə müraciət etmədik. Lakin heç bir ay keçməmiş esitdik ki, Ramiz Quliyev işdən azad etdiklərinin yerinə yeni işçilər götürür. Bu işdə də ona  müavini  Gülgün Kərimov kömək edir. Çünki Gülgün müəllim uzun müddət mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışıb Ağstafada hamı onu tanıyır.  Bu işdə də Ramiz Quliyevə ondan əlverişli köməkçi ola bilməz. Mən biləndə ki, mənim də yerimə işçi götürüblər öz narazılığımı bildirdim. İşlədiyim kitabxananın müdiri söylədi ki, sənin ştatın nazirliyin əmri ilə ləqv olunub. Mən Ramiz Quliyevdən həmin ştatı min manat verib yenidən almışam.  İndi kimi istəsəm onu da isə götürəcəm. Mən bu sözləri eşidəndə dəhşətə gəldim. Hələ iyirmi illik iş müddətində mən belə halla üzləşməmişdim. Regional Mədəniyyət və Turizm İdarəsi Ramiz Quliyevin şəxsi şirkəti və ya idarəsidirmi ki, bura da ştat alveri edir.

Cənab Prezident, hörmətli Mehriban xanım!

Ağstafa şairlər,yazıçılar diyarı, mədəniyyət  ocağıdır. Burada Ramiz Quliyev bazarı acib kadr alveri edir. Bu nə Mədəniyyət və Turizm Nazirliyinin adına nə də Ağstafa rayonunun ünvanına yaraşan iş deyil. Biz cənab Prezident Sizə Dövlət başçımıza və Azəbaycanın birinçi Bitse Prezidenti Mehriban xanima inanırıq. Siz Azərbaycanın rifahı naminə çalışdığınız bir vaxtda Ramiz Quliyev Dövlət çöküb deyə bizi ruhdan salır, dövlətimizin adını ləkələyir. Dövləti çökdürən isə Ramiz Quliyev kimi dövlət məmurlarıdır.

 

                                                                                     Gövhər Hacıyeva

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024