Problem (4-11-2016, 14:16)
Azərbaycanlı müğənni bu qiymətə Türkiyədə soyundu - FOTOLENT
Müğənni Afaq Aslan Türkiyədə filmə çəkilir.
Mediatv.az xəbər verir ki, bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O bildirib ki, yeni rol aldığı filmdə açıq-saçıq səhnələr yer alıb:
“Xeyli vaxt idi ki, Azərbaycandan və Türkiyədən film təklifləri alırdım. Amma onların bir çoxu ürəyimcə deyildi. Həm də yaradıcılıq işləri ilə bağlı işlərimə Türkiyədə müqavilə bağladığım şirkət nəzarət edir. Yəni onların razılığı olmadan, mən yeni nəsə edə bilməzdim. Xatırlayırdınızsa mən açıqlama vermişdim ki, “1 milyon versələr hansısa layihə üçün soyunaram”. Bu açıqlamam çox müzakirə olundu. Hətta buna görə məni tənqid edənlər oldu. Amma təxminən bu məbləğə yaxın bir qiymətə razı olub, Türkiyədə bir film üçün soyundum. Öncədən deyim ki, bu film Azərbaycanda çox səs-küyə səbəb olacaq. Müqaviləyə görə daha ətraflı açıqlama verə bilmərəm. Mən özümü bir aktrisa kimi də sınamaq istəyirəm. Kimlərinsə tənqidi mənim üçün önəmli deyil”.
A.Aslan onu da əlavə edib ki, yeni fotosessiya da etdirib.