Problem (15-04-2015, 14:59)
Mina 22 milyonluq filmdən danışdı
"Mənə Vahid Mustafayev, tanınmış aktyor Leyn Devis dərs keçib"
"Mənə Vahid Mustafayevin özü, tanınmış aktyor Leyn Devis dərs keçib. Buna görə düşünürəm ki, mən Çanaqqala zəfərinin 100 illiyinə həsr olunan "Son məktub" filmində öz rolumun öhdəsindən layiqincə gəlmişəm".
Bunu ans press-ə açıqlamasında Türkiyənin ən yüksək büdcəli filmində rol alan azərbaycanlı gənc aktrisa, müğənni Nərmin Hüseynova (Mina Sovetski) bildirib. Onun sözlərinə görə, film çəkilişləri başlayarkən aktyor seçimi üçün "Bakıfilm" də müraciət edilib.
"Onların belə bir tələbi var idi ki, seçilən şəxsin aktrisalıq bacarığından başqa səsi və ifaçılıq bacarığı olmalıdır. Beləliklə, filmdə tibb bacısı Sənəm obrazını mən canlandırdım".
Rejissor Vahid Mustafa Yevin "Xoca", "Qanlı Yanvar" filmlərində rol alan gənc aktrisa "Son məktub"un çəkilişi üçün 22 milyon lirə sərf edildiyini və bunun Türkiyənin ən çox büdcəli filmlərindən biri olduğunu deyib. Filmin artıq İstanbul, Çanaqqala, Almaniya, Avstryada təqdimatı olub. "Bu gün isə film Azərbaycanda tamaşaçılara təqdim olunacaq".
Xatırladaq ki, "Son məktib" filmin ssenarisi Çanaqqala savaşı günlərindən qalma bir məktub əsasında hazırlanıb. Film Çanaqqala zəfərinin 100 illiyində, martın 18-də Çanaqqalada təqdim edilib.
Filmdə rol alan Nərmin Hüseynovanı tamaşaçılar Mina Sovetski kimi tanıyırlar. Gənc aktrisa rejissor Vahid Mustafa Yevin "Xoca" və "Qanlı Yanvar" filimlərində də çəkilib.
Qeyd edək ki, adıçəkilən filmdə Minanın tərəf müqabili, baş rolun ifaçılarından biri Nəsrin Cavadzadədir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024