Problem (8-07-2016, 22:14)
Dağıstanın üzünü görməyib fəxri ad alanlar… – Fotolar
Son illər Azərbaycanın tanınmış ulduzları ard-arda Dağıstanın “xalq” və “əməkdar artist” adlarına layiq görülüblər.
Mediatv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onların arasında Ədalət Şükürov, Natavan Həbibi, Tolikkimi şou-biznesin məşhurları da yer alır. Maraqlıdır ki, həmin mükafatları Dağıstan prezidenti Ramazan Abdulatipov şəxsən imzalayıb.
Amma azərbaycanlı incəsənət təmsilçilərinin qonşu ölkədə necə populyarlaşması və belə mükafata layiq görülməsi hələ də müəmmalıdır. Onlar özləri də bu barədə çox danışmağı xoşlamırlar. Sadəcə aldıqları mükafatın təqdimatını keçirməklə kifayətlənirlər.
Bu gün isə Dağıstanı görməyib, oranın “əməkdar artisti” olan məşhurlar karvanına klarnetçi Hüseyn Məmmədoğlu da qoşulub. Primetime.az saytı qeyd edir ki, Dağıstan prezidenti Ramazan Abdullatipovun imzaladığı sərəncam gələn həftə ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan müğənniləri arasında ilk dəfə Dağıstanın “əməkdar” və “xalq artisti” fəxri adlarına İlhamə Quliyeva layiq görülüb.