Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (9-06-2016, 12:46)
İlhamənin miras davasında razılaşma

Mərhum xalq artisti İlhamə Quliyevanın miras davası ilə bağlı araşdırmalar davam etdirilir.

 

Mediatv.az xəbər verir ki, bu haqda Modern.az saytına mərhumun oğlu Orxan Nadirovun vəkili Habil Vəliyev məlumat verib. O deyib ki, Orxan Nadirovdan başqa vərəsəlik iddiasında olan digər qohumlar, o cümlədən İ.Quliyevanın bacısı Gülbahar Quliyeva birgə razılığa gəliblər:

 

“Mən onların ailə məsələlərinə qarışmıram. Bəzi nüanslar var ki, ailədaxili məsələ olduğu üçün onları açıqlamaq səlahiyyətində deyiləm. Xalq artistinin vərəsəlik iddiasında olan bacıları və digər qohumları var. Amma bildiyim qədəri ilə qohumlar arasında soyuq münasibətlər aradan qalxıb. Onların əksər hissəsi, o cümlədən xalaları Orxan Nadirovu dəstəkləyir və onu qəbul edirlər. Ümumiyyətlə, qohumlar Orxanı çox istəyirlər. Güman edirəm ki, yaxın müddətdə bu barədə ictimaiyyətə məlumat veriləcək”.

 

Miras qalmaqalında daha çox cənfəşanlıq edən Əli Mirəliyevə gəldikdə, vəkil onun vərəsəliyə iddialı olmadığını, ümumiyyətlə qanunun buna yol vermədiyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, 2016-cı il fevral ayının 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulub. Orxan Nadirov İlhamə Quliyevanın övladlığa götürdüyü və rəsmiləşdirmədiyi övladı olduğundan miras ətrafında qalmaqal yaşanıb.

 

İ.Quliyevanın vəkili Elmira Məmmədovanın mətbuata verdiyi açıqlamaya görə, xalq artistinin Mərdəkanda və Buzovna yolunun üstündə yerləşən iki bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində 4 evi var. Bundan başqa, onun “İnfiniti” və “Luimizin” markalı 2 avtomobili, çox miqdarda da qızıl-zinət əşyaları qalıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024