Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (2-03-2016, 22:11)
İlhamə Quliyevanın mirası üstə dava düşdü – qohumlar bir-birilərini ittiham edir

 İlhamə Quliyevanın mirası üstə dava düşdü – qohumlar bir-birilərini ittiham edir

 

 

Müğənninin Flora adında qızının olduğu xəbəri yenidən dövriyyəyə girdi; İlhamənin bacısı da miras qalmaqalına qarışdı; hüquqşünas isə əsl vərəsələrin kim olduğunu açıqladı 

 

Mediatv.az xəbər verir ki, Xalq artisti İlhamə Quliyevanın mirası ilə bağlı “Yeni Müsavat”da məlumat dərc olunduqdan sonra yeni, ilginc təfərrüat ortaya çıxdı. İddialara görə, müğənnin xaricdə yaşayan doğma qızı var. Qızının adının Flora olduğu deyilir. 
 
Müğənninin bacısı Gülbahar Quliyevanın açıqlaması da bu məsələyə diqqəti artırıb. O, “Bir də gördünüz ki, bir yerdən qızı da çıxdı” deyib. Onun bu açıqlaması ortalığı bir-birinə vurmaqla yanaşı, miras qalmaqalını kulminasiya həddinə çatdırdı.
 
İlhamə Quliyevanın doğma qızının olduğu haqda hələ 90-ci illərin ortalarında söz-söhbət gəzirdi. Deyilənə görə, müğənninin sonralar qanuni əri olmuş Faiq Mirmöhsünovdan qızı dünyaya gəlib. Müğənninin avtobioqrafiyasında da qeyd edilib ki, o, ötən əsrin 80-ci illərində F.Mirmöhsünovla çox qısa bir müddətli ailə həyatı qurub. Hətta həyat yoldaşının soyadını – Mirmöhsünova soyadını daşısa da, bu evliliyə son qoyduqdan sonra yenidən Quliyeva soyadına qayıdıb. 
Amma bəzi iddialara görə, İlhamənin qızı Faiq Mirmöhsünovla olan nikahdan dünyaya gəlməyib. Çünki müğənninin qızının 50-dən çox yaşı olduğu deyilir. Musavat.com-a verilən məlumata görə, həmin 1964-cü il doğumludur. İlhamə Quliyevanın gənc yaşlarında bir məşhur musiqiçi ilə eşq yaşayıb. Floranın da həmin musiqiçidən olduğu deyilir.   
Müğənninin qızı kimdir? Hazırda harada yaşayır? Bu suallar hazırda miras qalmaqalında ən çox səslənən suallardan biridir. 
Femida.az saytı ötən il bu vaxtlar bu mövzuda xəbər yaymışdı. Bu xəbəri Femida.az-a İlhamənin qızı ilə bir sinifdə oxumuş və hazırda Rusiya Federasiyasında yaşayan Gülzar Vəliyeva verib. G.Vəliyeva sayta bildirib ki, İ.Quliyevanın qızı Flora onlarla birlikdə Yasamal rayonu 13 nömrəli məktəbdə oxuyub.
“Biz İlhamə Quliyevanın qızı ilə bir sinifdə oxuyurduq. Yasamal rayonu 13 nömrəli məktəbdə “B” sinfini bitirmişik. Həmin vaxt Flora xanım bilirdi ki, onun anası İlhamə Quliyevadır. Həmçinin İlhamə xanım onun təhsili və geyimi üçün pul da verirdi. Amma bu haqda danışmaq istəmirdi. Çünki anası onu övlad kimi qeydiyyata almamışdı. Biz 10-cu sinifdə oxuyanda İlhamə Quliyeva məktəbə gəlmişdi. Qızı dedi ki, onu görmək istəmir. “Mənim anamdısa, məni övladlığa götürərdi” deyirdi. Mənim bildiyimə görə, həmin qızı İlhamə xanımın yaxın qohumu saxlayırdı. Flora xanım bildiyimə görə Yasamal rayonu ərazisində, qəbiristanlıq tərəfdə yaşayır. Mən Bakıya gedəndə sinif yoldaşlarımla görüşəndə onu da soruşdum. Ancaq onunla görüşə bilmədim. Biz 1980- ci ildə onunla birlikdə Yasamal rayonu 13 nömrəli məktəbin “B” sinfini bitirmişik”. 
Bəs görəsən, İlhamə Quliyeva niyə doğma qızından imtina edib?
Əldə etdiyimiz digər məlumata görə isə Quliyeva bir dəfə də ana olub, lakin uşaq doğulduqdan sonra ölüb. Müğənninin qohumu Əli Mirəliyev isə məlumatı təkzib edib. Onun açıqlamasına görə İlhamə Quliyeva heç vaxt əsl ana olmayıb.
30 ilə yaxın İlhamə Quliyeva ilə çəkişmələr, intriqalar, söz davaları olan xalq artisti Flora Kərimova isə məsələ barədə “Yeni Müsavat”a bunları deyib:
“Bəs deyirlər qızının adı Arzudur?.. Onun kimdən qız dünyaya gətirməsini bir özü bilər, bir də allahı... Mətbuatdan da xahiş edirəm ki, məni bu mövzuya qatmasınlar, daha bu barədə olan suallara cavab verməyəcəm”.
İlhamə Quliyevanın yaxın dostu olan tanınmış aparıcı Yusif Ağayev də müğənninin qız övladı barədə yayılan xəbərə münasibət bildirib :
“Bu barədə heç bir məlumatım yoxdur. İlhamə xanımı 20-30 ildir ki, tanıyıram, illərlə onun sənətinin vurğunu olmuşam, lakin bu haqda eşitməmişəm”.
İlhamə Quliyevanın iddia edilən qızından imtina etməsi onu varislikdən məhrum edə bilərmi?
Hüquqşünaslar bildirirlər ki, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
Oğulluğuna miras payı düşəcəkmi?
Qeyd edək ki, İlhamə Quliyevanın qohumu, müğənni Əli Mirəliyev “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, mərhumun mirası dövlətə qalacaq. Çünki hər kəsin müğənninin oğlu kimi tanıdığı Orxan Nadirov sənəd üzərində başqa şəxsin övladıdır və müğənni onu sənədləşdirmədən övladlığa götürüb:
“Sadəcə xalasının nəvəsi Orxanı saxlayıb, böyüdüb, evləndirib. Amma rəsmi oğulluğa götürməyib. Heç bir hüquqi sənəd yoxdur təsdiqləsin ki, Orxan onun oğulluğudur. Elə bir vəsiyyətnamə də yoxdur ki, “mən mirasımı, ölümümdən sonra Orxana verirəm”.
Orxan Nadirovun vəkili, “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev müğənninin açıqlaması haqda bunları deyib:
“Orxan İlhamə xanımın oğludur. Bu, hər yerdə göstərilir. Hətta dəfn mərasimində heç kimi təqdim etmədilər, amma Orxanı İlhamə xanımın oğlu kimi təqdim etdilər. Hətta nazir də (Əbülfəs Qarayevi nəzərdə tutur-red.) Orxanı İlhamə xanımın oğlu kimi təqdim etdi. Orxan bələk də olandan İlhamə xanımın oğlu kimi təqdim olunub. Əli Mirəliyev çox söz deyə bilər. Hüquqi varis qanunlar tərəfindən tənzim olunacaq”. 
Vəkil “Orxan Nadirov qanuni olaraq oğulluğa götürülüb?” sualına isə belə cavab verdi:
“Bu barədə 40 mərasimindən sonra məlumat verəcəyik”.
Hüquq müdafiəçisi Müzəffər Baxış “Yeni Müsavat”a açıqlama verərək məsələnin hüquqi tərəflərinə aydınlıq gətirib:
 
“Övladlığa götürməyin qaydaları var. Əgər onun övladlığa götürülməsi qanuniləşdirilməyibsə, heç nə əldə edə bilməyəcək”. 
 
Hüquq müdafiəçisi müğənninin mirasına vərəsə ola biləcək şəxslər barədə də açıqlama verib:
 
“Vərəsəlik Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Mülki Məcəllənin 1159.1.1 bəndinə görə, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad, ər, valideynlər övladlığa götürənlər birinci növbə vərəsələr sayılır. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Əgər sonuncuların nəvələri, nəticələri və uşaqları, onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 
Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 
Ölən şəxsin bacıları və qardaşları, miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın.
Məcəllənin 1159.3-cü bəndinə əsasən isə həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası, nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 
Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər, beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları vərəsə hesab olunurlar”.
Müzəffər Baxış  “Miras nə zaman dövlətə keçə bilər?” sualımızı da cavablandırıb:
“Vərəsəlik haqqında qeyd etdiklərimin heç biri olmadıqda , qanuna görə vərəsə yoxdursa və yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilibsə, vərəsələri olmayan əmlak dövlətə keçir. 
Və yaxud ölən şəxs mirası hansısa müəssisəyə bağışlayıbsa, mülkiyyət həmin müəssisənin balansına keçir”.
 
Əli Mirəliyev miras üçün niyə canfəşanlıq edir?
Qeyd edək ki, İlhamə Quliyevanın qohumu Əli Mirəliyevin qalmaqallı miras açıqlamaları müğənninin bacısı Gülbahar Quliyevanın və oğulluğu Orxan Nadirovu özündən çıxardıb. Orxan Nadirov mətbuat vasitəsi ilə Əli Mirəliyevə onların ailəsinin daxili işlərinə qarışmaması ilə bağlı xəbərdarlıq edib.
Bacısı Gülbahar Quliyeva isə “Qafqazinfo”ya açıqlamasında ortada “mal davası” olmasına işarə edib:
 
“Mən onun bacısıyam, biz miras davası etmirik. Ancaq İlhamə Quliyevanın doğmaları bizik...Əli Mirəliyev rəsmi nümayəndədir? Kimdir o? İlhamənin heç qan qohumu da deyil”.
Xalidə Gəray
Musavat.com
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024