Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (15-04-2016, 19:14)
İlhamənin mirası uğrunda savaş qızışır - "Həbs aradan qaldırılıb"

 

Mərhum xalq artisti İlhamə Quliyevanın mirası ətrafında söz-söhbət bitmək bilmir.

Mediatv.az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, müğənninin qırx mərasimindən sonra oğlu Orxan Nadirov mirasla bağlı məhkəməyə müraciət etmişdi. 

O.Nadirovun vəkili Habil Vəliyev əməkdaşımızla söhbətində istintaqın aqibətindən bəhs edib:

"Hazırda istintaq qapalı gedir. Bununla bağlı çox danışa bilmərik. Miras uğrunda kim iddia qaldırırsa, buna mane olmağa haqqımız yoxdur. Hər kəs istədiyi iddianı qaldırmaqda sərbəstdir. Fikirləşirəm ki, İlhamə xanımın əziyyətini kim çəkibsə, yası kim edibsə, bunun əsl hüququ da ondadır. Yas mərasimini Orxan Nadirov verib. Bu məsələdə tək haqlı Orxandır. Orxan heç kimlə mübarizə aparmır. Orxan Nadirovun bu gün mirasdan danışmaq fikri yoxdur. Hazırda nə qədər şəhidlərimiz var. Orxan deyir ki, hələ miras davası önə çəkilməməlidir. Məhkəmə uzun çəkəcək, nə vaxt bitəcəyi məlum deyil. Hamı deyir miras davası gedir. Orxan bu ifadəyə əsəbiləşir. O, hüquqlarını müdafiə edir, dava aparmır".

Vəkil İ.Quliyevanın dövlət tərəfindən evinə və avtomobilinə həbs qoyulması məsələsindən də bəhs edib. O, həbsin aradan qaldırıldığını bildirib: 

"Orxan İlhamə Quliyevanın yeganə övladıdır. Miras da ona çatmalıdır. Qanunumuz hamıya bəllidir ki, burada var-dövlətin tək sahibi övladdır. Yas mərasimləri evdə keçirilirdi. Niyə mənzilin qapısı bağlanmalıdır ki? Heç bir qadağa yoxdur. Maşın da azaddır, həbs qoyulmayıb. İstənilən vaxt Orxan maşından istifadə edə bilir".

Qeyd edək ki, İ.Quliyeva fevralın 25-də dünyasını dəyişib. Xalq artisti vəfat etdikdən sonra onun mirası üstündə qalmaqal yaranıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024