Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (17-10-2023, 18:47)
 Lerikdə NƏFƏSİMİZİ KƏSƏN KİMLƏRDİR?




Lerik rayonunun meşələrində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayətlər səngimir. Rayon sakinlərinin bildirməsinə görə, meşələr ildən-ilə tükənir.

"Qızılağacın tamamilə yoxolma təhlükəsi var"
Adının çəkilməsini istəməyən sakinlərdən biri deyir ki, bəzi məktəblər, mavi yanacaq çəkilməyən kəndlər odunu meşədən aparırlar. Onun vurğulamasına görə, meşədə qiymətli ağaclar da ayrıca doğranıb satılır: "Oduncaq kimi daha çox dəmirağacına, nilə üstünlük verirlər. Bu ağaclar yaxşı yanır, közü olur. Qızılağacın tamamilə yoxolma təhlükəsi var. Mən başa düşmürəm ki, sənədsiz maşınlar ağacları uzaq məsafəyə necə aparırlar? Meşəyə nəzarət edənlər, yol polisləri var....".

Şikayətçilərdən biri də Lerik rayonu Mistan kənd sakini, sabiq meşə gözətçisi İdrak Qədimovdur. O, meşəni talayanlarla mübarizə apardığına görə işdən uzaqlaşdırıldığını iddia edir: "Meşə gözətçisi işləyirdim. İşlədiyim müddətdə töhmətim olmayıb. Meşədə qanunsuz ağacların kəsilməsinə yol vermirdim. Ərazidə fəaliyyət göstərən işbazların ayağını meşədən kəsdim, buna görə də məni ilişdirdilər. Meşədə məndən xəbərsiz ağac kəsdilər, yıxdılar boynuma. İşimi verdilər məhkəməyə. Mənə 2 il ev dustaqlığı kəsiblər, cərimə ediblər".

"Vaxtaşırı yaşıl ağaclar kəsilir"
Onun sözlərinə görə, meşənin talanmasına göz yuma bilmir, qanunsuzluqlarla bağlı əlində tutarlı faktlar var: "Kəndimizin yaxınlığında olan meşəni diqqətdə saxlayıram. Vaxtaşırı olaraq yaşıl ağaclar kəsilir. Əlimdə kifayət qədər sübut var. Regional idarəyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Çağrı mərkəzinə zəng etmişəm. Heç bir tədbir görülmür".

"Bir maşın ağacın qiyməti 2-3 min manatdır"
Lerik rayon sakini Mais Hüseyn də meşədə qanunsuz ağacların kəsilməsini pisləyir. O deyir ki, son aylar meşədən "işlik"(ağac material) daşıyan maşınların sayı da artıb: "Bir maşın ağac materialın qiyməti 2-3 min manatdır. Materiallar mebel fabriklərinə, tara sexlərinə və digər yerlərə daşınır. Burada böyük qazanc olduğu üçün çoxlarının əli var. İşlik daşıyan yük maşınlarını Brkandul və Vistən kəndlərin yollarında hər gün görmək olur. Bu maşınlar işbazlara məxsusdur. Onlara "gözün üstə qaşın var" deyən yoxdur".

Onun sözlərinə görə, Lerik meşələrində nəzarətsizlik var: "Belə hal 90-cı illərdə baş vermişdi. Kütləvi şəkildə meşələrdə qiymətli ağacları kəsib aparırdılar. İndi təkrar olunur. Bununla bağlı müxtəlif instansiyalara müraciət etmişəm, hələ ki, nəticəsi yoxdur".

Şikayətlərlə nə Daxil İşlər, nə də Ekologiya və Təbii Sərvətlər nazirliklərindən, hələlik, münasibət öyrənmək mümkün olub.

İcra hakimiyyətindən deyilənlər...
Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə deyir ki, rayonda 56 yaşayış məntəqəsi qazlaşdırılıb, 106 kənd yanacaq kimi odundan istifadə edir: "Qayda belədir ki, hər vətəndaş meşədən odun gətirmək üçün ödəniş etməlidir".

Müavin vurğulayır ki, belədə hər şey qanuni həyata keçirilir, qurumuş ağacların qalıqlarından istifadə edilir: "İstəsək də, istəməsək də, ağacların qanunsuz kəsilməsi halları baş verir. Regional idarədən deyirlər ki, belə hallar yoxdur. Rayona yeni polis rəisi gəlib, o, bu məsələlərə diqqət verir".

AzadlıqRadiosu
 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024