Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (12-05-2021, 11:30)
Qəbələ meşəsində kütləvi ağac kəsimi-FOTOLAR

 




Qəbələ rayonun Həmzəli kənd sakini,  Qəbələ Reginal Meşə Təsərrüfatı İdarəsinin sabiq meşə gözətçisi Hacıyev Həsrət İsfəndiyar  oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına şikayət məktubu ünvanlayıb.Bir nüxsəsi də Mediatv.az-ın elektron poçtuna daxil olan şikayət məktubunda deyilir: = 
 Çox hörmətli cənab Prezident İlham Əliyev! Mən, Qəbələ rayonun Həmzəli kəndində yaşayıram.Oğlum Asif Heydərov Qəbələ rayon Meşə Təsəsrrüfatı İdarəsində işləyir.Onun qoruduğu 06 saylı dolayı bir neçə aydır ki, saxta qırma sahəsi adıyla küləvi şəkildə qırır və sonra isə həmin ağacların kötüyünə damqa vururlar. Guya ki. ağaclar qanuni odun üçün kəsilibmiş. Həmin qırılan ərazilərədə bu işi  direktor, idərədəki əmək müfəttişi işləyən Kənan Fətullayevə tapşırırdı. Kənan da bir peşəkar olduğu üçün idarəyə təzəcə işə gətirdiyi Elmar adlı qohumunu və idarəyə məxsus UAZ markalı maşını meşənin yanında saxlayaraq URAL və ZİL markalı maşınları ağac kəsib daşımaq üçün meşəyə buraxaraq hər maşın reysi üçün 500 manatdan pul yığdırırlar. Təxmininən son aylarda bu vaxta kimi 220 reys material ( hər URALa ən azı 10 kub m material yığmaqla) tək oğlumun meşəsindən odun adı altında materialı çıxarıb daşıyıb satıblar. Mən dəfələrlə bu işə öz narazılığımı bildirsəm də Kənan və direktor mənə bildirmişlər ki, sənlik deyil, özümüz qaydasına qoyacağıq. Mən meşə sahə müdirinin köməkçisi Özala dedim ki, oğlumun gözətçisi olduğu meşədə qalan bir neçə daqa vurulmamış ağaclara da damqa vurmaq vur. O gecə saatlarında direktorun ( Alim Əlizadə) şoferi Cəsarətlə meşəyə özləri qəsdən maşın buraxıb sonra həmin maşını da özləri saxlayıblar. Guya mənim oğlum bu maşını meşəyə buraxdırıbmış.Amma teatr qurublar. Mən bir peşəkar meşə işçisi kimi yazdıqlarımı tam şəkildə sübut etməyə hər vaxt hazıram. Həm də idarə rəhbərliyi tərəfindən kəsilən hər bir ağac kötüyünü dəqiq göstərməyə hazıram. Bu hal bütün meşələrdə də baş verməkdədir. 
Əlavə olaraq onu da qeyd edim ki, müharibədən sonra noyabr ayında biz hamılıqla şəhid olmuş qardaş oğlumun axtarışına başımız qarşıq olduğu zamanda da idarə rəhbərliyinin göstərişilə Həmzəli meşəsində qanunsuz ağac kəsimlərini davam etdirib pul qazanıblar. Dedim ki, axı bu baş qarışıqlığında belə olmaz. O da məlum olmuşdur ki, həmin Kənan Fətəliyev hazırda Oğuz rayon Məhkəməsində davam edən kütləvi ağac kəsimilə bağlı açılan cinayət işi üzrə məhkəməyə cəlb edilmişdir. Belə ki, o Oğuz rayonun Xaçmaz meşəsindən pul verib 2 nəfərə kəsdirdiyi 29 yekə diametrli fısdıq ağaclarıilə bağlı başlanan cinayət işinə cəlb olunub. Yəni bu adam əhbərinin tapşırığı əsasında bütün region meşələrində qanunsuz ağac kəsdirib satmaqla pul qazanmaqla nəticədə dövlətə külli miqdarda ziyan vurmaqla məşğuldur. Və maraqlıdır ki, bu dəstə Bakıdakı adamlarına güvənib heç nədən qorxmurlar. Çox arxayındırlar. Belə olmasaydı əvvəl də qanusuz ağac kəsilməsinə görə etdiyim şikayətə Nazirlik heç bir cavab vermədi. Yəni əlbirdirlər.Belə olmasaydı 220 reys maşın ağac daşınan ərazidə Nazirliyin inspektorları hər dəfə 06 saylı dolaya gəlib heç bir ağac kəsintisnə rast gəlmədikləri barədə yalan məlumat veriblər.Və qarşılığında rüşvətlərini alıb gediblər. 
    Cənab Prezident Sizdən xahiş edirəm ki, hazırda istintaqı aparılan Qəbələ Regional Meşə Təsərrüfatı direktoru olmuş İlqar Qəribovun yolunu davam etdirən tör-töküntü dəstəsinin də çoxsaylı ağac kəsimləri hesabına milyonlarla pul qazanan cinayətkarların və himayədarlarının da cəzalanmasına göstəriş verəsiniz. 
 




шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 06 2021 11:12
15 06 2021 10:27
15 06 2021 10:12
15 06 2021 09:57
15 06 2021 09:43
15 06 2021 09:30
15 06 2021 09:27
15 06 2021 09:12
14 06 2021 23:12
14 06 2021 22:50
14 06 2021 22:30
14 06 2021 22:16
14 06 2021 21:45
14 06 2021 21:17
14 06 2021 20:53
14 06 2021 20:20
14 06 2021 20:03
14 06 2021 19:31
14 06 2021 19:14
14 06 2021 18:52
14 06 2021 18:29
14 06 2021 18:05
14 06 2021 17:58
14 06 2021 17:39
14 06 2021 17:09
14 06 2021 17:01
14 06 2021 16:40
14 06 2021 16:24
14 06 2021 15:48
14 06 2021 15:28

{sape_links}{sape_article}