Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (21-09-2022, 13:02)
Lerik meşələri kütləvi şəkildə məhv edilir (FOTO)








 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxslərinin merkantil maraqları fonunda Lerik rayonunun nadir agac növləri ilə zəngin meşələri kütləvi şəkildə məhv edilməkdədir.Mediatv.az AzToday.az-a istinadla xəbər verir ki, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu, Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayında kütləvi qırıntılar qeydə alınıb. Sakinlər bildirir ki, 7 saylı meşə dolayının Qoluz Dokır deyilən ərazisində yüzlərlə ağac qırılıb. Ağacların əksəriyyəti işlik material üçün kəsildiyi ortadadır.

Məlumata görə, dolayda dövlət qırma aktı da yazılmayıb, yəni, təqdim etdiyimiz görüntülərdəki qırıntılar tamamilə qanunsuzdur. Kəsintilərin 10-15 gün əvvəl həyata keçirildiyi bildirilir. İzi itirmək üçün bəzi agacların kötükləri yandırılıb, bəzilərinin isə üstünə köhnə kəsinti kimi görünsün deyə maşın yağı və müxtəlif maddələr tökülüb.

Sakinlər meşədəki kütləvi qırıntılarda meşə gözətçisi İdrak Qədimovu və meşəbəyi Nürəddin Ağayevi ittiham edirlər.

Ümid edirik, Muxtar Babayev Lerik meşələrini kütləvi şəkildə məhv edən ekologiya işçiləri barədə adekvat tədbir görəcək…
 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024