Mədəniyyyət (6-12-2014, 16:30)
Bakıda Aleksandrın başına necə oyun açdılar? - Prezidentə və səfirə şikayət
Redakiyamıza Bakı sakini tərəfindən Prezident İlham Əliyevə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna və Rusiyanın Azərbaycandakı diplomatı Vasili İstratova ünvanlanmış məktubun surəti daxil olub.
Məktubu olduğu kimi təqdim edirik:
"Nəzərinizə çatdırıram ki, mən Qəhrəmanov Aleksandr Sergeyeviç Azərbaycanda doğulmuşam və Azərbaycan vətəndaşıyam. Atam Sergey rus, anam Sevil isə azərbaycanlıdır. 28 il, Bakı şəhəri, Aşıq Ələsgər küçəsi, ev 6, mənzil 3 ünvanında yaşamışam. Dörd il əvvəl, birgə qeydiyyatda olduğumuz və yaşadığımız evin sənədləşdirilməsi üçün, anam Qəhrəmanova Sevil İsmayıl qızına, 5 saylı dövlət notariusunda etibarnamə vermişəm. Elə qara günlərim də, o gündən başlayıb. Belə ki, anamın qara, xəbis, məkrli planını hiss edərək ona, 23.12.2010-cu ildə, 5 saylı notariusda vermiş olduğum 7E-59/29947 saylı etibarnaməni, 31.01.2011-ci ildə (1 ay 8 gün sonra) elə həmin notariusda ləğv elətdirmişəm və bu barədə dostlarımin yanında zəng vuraraq, anama məlumat vermişəm. Lakin buna baxmayaraq o, 16.03.2011-ci il tarixdə, Bakı şəhər Səbayıl rayonunda yerləşən, 46 saylı dövlət notariat kontorunda, ləğv olunmuş etibarnamə ilə, birgə yaşadığımız və qeydiyyatda olduğumuz, Bakı şəhəri, Aşıq Ələsgər küçəsi, ev 6, mənzil 3 ünvanında yerləşən evimizi, AN-1 0008918 saylı alqı-satqı ipoteka müqaviləsi ilə, Vəliyev Zakir Məhərrəm oğluna satmışdır. Mən xəbər tutanda ki, anam ləğv olunmuş etibarnamə ilə bu alqı-satqını həyata keçirib, Bakı şəhəri Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. Orada hakim Raziyyə Ataşova hansısa maraqlarına görə, qətnaməni mənim əleyhimə çıxardı. O zaman mən, Bakı Apellyasiya Məhkəməsinə qətnamədən şikayət iddiası ilə müracət etdim. Orada da bi işə, hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Xəqani Səyyad oğlu Məmmədov və İlham Qoşunəli oğlu Əsədovdan ibarət tərkibdə baxdılar. Onlar da, nə üçünsə Raziyyə Ataşovanın qətnaməsini qüvvədə saxladılar. Daha sonra mən, Ali Məhkəməya müraciət etdim. Mülki Kollegiyada hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən), Mirzəliyev Əsəd Abdulla oğlu, Kalbalıyev Aslan Kalbalı oğlundan ibarət tərkibdə, Tağıyev Ceyhun Əlikram oğlunun katibliyi ilə mənim kassasiya şıkayətimə baxdılar. Çox təəsüflə qeyd edirəm ki, bunlarda da sələflərinin qətnamələrini, maraqlarına görə qüvvədə saxladılar.
Hansı ki, bütün adı keçən hakimlər sual etməli idilər ki, nə üçün alqı-satqı məhz, Səbayıl rayonu ərazisində yerləşən 46 saylı notariat kontorunda həyata keçirilib? Halbuki, "Notariuslar Haqqında Qanuna" görə, alqı-satqı Daşınmaz Əmlakın yerləşdiyi ərazidə fəaliyyət göstərən notariusda həyata keçirilməlidir. Notarius isə mövcud olan Reyestr Xidməti vasitəsi ilə, bazaya daxil olaraq, etibarnamənin qüvvədə olub-olmamasını yoxlamalı idi.
Yuxarıda sadaladığım faktlardan belə görünür ki, notarius və hakimlər şəxsi maraqlarını, haqlı vətəndaş maraqlarından üstün tutmuşlar və beləcə məni evsiz qoymuşlar.
Cənab Prezident və Səlahiyyətli Səfirlər!
Mən indi notariusun və hakimlərin "fədakarlığı" nəticəsində evsizəm. Həyat yoldaşımla, çox acınacaqlı vəziyyətdəyəm. Qışın sərt günlərində donub ölmək ehtimalımız var. Sizdən xahiş edirəm ki, ədalətin bərqərar olmasını təmin edəsiniz. Ya da, mənim sivil dövlətlərə (hansı ki, orada vətəndaşın mülkiyyət və şəxsiyyət hüquqları dövlət tərəfindən qorunur) getməyimə yardımçı olasınız ( bu Rusiya Federasiyası da ola bilər). Mən düşünürəm ki, atam rus millətinin nümayəndəsi olduğu üçün, mənim başıma bu işlər gətirilir. Ya yaşadın, ya öldürün məni!
İnanmaq istəyirəm ki, təməlini mərhum Prezidentimiz, Ümummilli Lider Heydər Əliyevin qoyduğu Azərbaycan Respublikası, maraqlarına xidmət edən məmurlardan daha güclüdür!
Hörmətlə, Qəhrəmanov Aleksandr Sergeyeviç!".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024