Sosial (22-10-2014, 20:49)
Notariat idarələri vətəndaşları necə incidir
Bakı şəhəri, Ə. Rəcəbli küç. 5A, Mən. 203 ünvanında yaşayan Bayramov Aydın Əli oğlu 3 saylı notariat kontorunda başına gələnlər barədə
Azərbaycan Respublıkasının prezidenti İlham Əliyev cənablarına,
Ədliyyə Naziri cənab Fikrət Məmmədova
Prezident Administrasiyasının hüquq mühafızə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova,
eləcədə redaksiyamıza müraciət etmişdir.Müraciəti olduğu kimi təqdim edirik.
Cənab Prezident!
Respublikamız bütün sahədə gündən- günə inkişaf edir. Bu inkişafın təməli ulu öndərimiz tərəfındən hallalıqla qoyulub və sizin tərəfinizdən də uğurla davam etdirilir. Eyni zamanda Ədliyyə Nazirliyində də görülən işlər və islahatlar göz qabağındadır. Bu sahədə hörmətli cənab nazir F. Məmmədovun əməyi danılmazdır. Lakin hələdə elə məmurlar var ki, öz peşə fəaliyyətində ,insanlara xidmətində özünü heç də işlədiyi nazirliyin adına heç olmasa rəhbərinə layiq aparmır. Məsələn, Bakı şəhəri, 3 saylı notariat kontorunun notariusu Hacı Orucov belələrindədir. 21.10.2014-cü il tarixdə mən oğlumdan etibarnamə almaq üçün 3 saylı notariat kontoruna getdim, orada texniki işçi məni qarşıladı və sənədlərimi hazırlayaraq məni notarius Hacı Orucovun yanına göndərdi. Mən oğlumla birlikdə Hacı Orucovun iş otağına girdik. Bu zaman o, nə məsələ ilə gəlməyimizi bildirdim. Mən ona bildirdim ki, bu mənim oğlumdur, adı Ceyhundur, bu mənə etibarnamə verməlidir ki, mən onun adına pensiya kartını Cəlilabad rayonunda bankdan götürüm. Bu zaman o, mənim oğlumun fıziki qüsurundan istifadə edib dolaşıq suallar verməklə onun qüsurluğunu görüb, onu ələ salmağa və gülməyə başladı. Sonda isə etibarnamə verməkdən imtina etdi. Mən ona dedim ki, bəs nə edim? Rayona bu uşağı necə aparım? O isə dolayı yolla mənimlə korrupsiya sövdələşməsinə aid sözlər işlətdi və bildirdi ki, bunun da yolu var və nəhayət o, etibarnamə verməkdən imtina etdi. Onun bu hərəkətləri, yəni uşağın fıziki qüsurun olmasına lağ etməsi, mənə bir valideyn kimi pis təsir etdi, mən özümü pis hiss etdim və tərlədim və halım pisləşdi.
Cənab Prezident!
Notarius Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfındən təsdiq edilən, notariusun etik davranış kodeksi tələblərinə riayət etməlidir. Lakin, notarius Hacı Orucov nəinki etik davranış, heç insanı hərəkətləri ilə də Allahın məsləhəti ilə 1999-cü ildə avtoqəza nəticəsində əlillik əldə etmiş şəxsə qarşı belə münasibəti heç bir insanı keyfıyyətinə sığmır. Heç kim belə haldan sığortalanmayıb, hər kəsin başına belə bir iş gələ bilər.
Cənab Prezident!
Siz və ailəniz həmişə belə fiziki qüsurlu insanlara qarşı daima diqqətli olmusunuz biz Sizə həmişə minnətdarıq.
Odur ki, bir valideyn olaraq mənim yanımda övladımı ələ saldığına görə, onu lağ etdiyinə görə özümü təhqir olunmuş hiss edirəm və notarius Hacı Orucov barədə lazımi tədbir görülməsi üçün müvafıq tapşırıqlar verməyinizi Sizdən xahiş edirəm.
Hörmətlə:
Bakı şəhəri, Ə. Rəcəbli küç. 5A, Mən. 203 ünvanında yaşayan Bayramov Aydın Əli oğlu
