Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (30-10-2018, 19:00)
Bu ay “partladanlar”

Bu ay “partladanlar”

 

Bu ay şou-biznesin "gəlhagəl"li ayı idi. Klip çəkdirən, təqdimat edən kim, klipdə su pərisinə bənzəyib, həmcinsi ilə öpüşən kim.

Ekran işləri fərqliliyi, bənzərliyi ilə xeyli diqqət çəkdi və ay ərzində bir neçə yeni iş təqdim olundu.

Mediatv.az  oxu.az-a istinadən oktyabrın ən çox müzakirə edilən və baxılan kliplərini təqdim edir:

Oktyabrın əvvəlinə təsadüf edən Əməkdar artist Röya Ayxanın "Afaki" klipi Orçun Mutlunun rejissorluğu ilə İstanbulda yerləşən Fransız yetimxanası adlanan tarixi binadakı ahəngli görüntüsü ilə bəyənildi.

"Youtube"da 3 milyona yaxın izlənilən klip bir neçə gün trenddə qalsa da, başqa işlərin meydana çıxması, onu ön plana çıxarmadı.

Günay İbrahimlinin Ukraynada lentə aldırdığı "Can atma" adlı klipi istənilən baxışı toplamasa da, ay ərzində ən çox müzakirə olunun ekran işi ünvanının sahibidir.

Fərqli tərzdə olan mahnı, İbrahimlinin rəqsləri klipi seçilənlərdən etdi.

Sözləri Diana Hacıyevaya, musiqisi İfsar Sarabskiyə aid olan "Dreamer" adlı mahnıya klip çəkdirən Elnur Hüseynov yenə də fərqli tərzini ortaya qoydu. Yarıçılpaq oğlanların striptiz göstərdiyi klip müzakirə olundu. Klipin bir ay ərzindəki baxış sayı isə 100 minə yaxındır.

Xalq artisti Faiq Ağayevin illər sonra çəkdirdiyi "Gözüm dəyməsin sənə" adlı ekran işi isə pozitivliyi ilə digərlərindən seçilirdi. Bir çox məşhurun yer aldığı klipdə Ağayevin maşın yuması xüsusi diqqət çəkib.

Natavan Həbibinin "Qısqana-qısqana" adlı klipi bu ayın partlayışlarından sayılır. Tizeri ilə əvvəlcədən gündəmi zəbt edən klip, çıxdığı gündən sosial mediada ən çox paylaşılanlar arasında yer aldı. Günlərlə trenddə ilk sıralarda yer alan ekran işi 15 günə 1 milyondan çox izlənmə sayı topladı. Klipdə "Su pərisi"ni canlandıran Natavanın klipi rəngləri, görüntü keyfiyyəti və çəkiliş tərzi ilə bütün kliplərdən fərqləndi.

Sevda Yahyayeva da oktyabrın ilk on günlüyündə "Ağlarsan" adlı klipini təqdim etdi. Sözü və musiqisi Murad Zeynala aid olan mahnı "Youtube"da 17 min izlənmə sayı toplayıb.

Sosial media vasitəsilə məşhurlaşan Nahidə Babaşlı Məhəmməd Hüseyn Şəhriyarın sözlərinə oxuduğu "Ulduz" mahnısı ilə tamaşaçıların rəğbətini qazandı. Bəxtiyar Ələkbərovun çəkdiyi klip 20 günə 912 min dəfə izlənmə sayı toplayıb.

Albina Pyakşova "Tək sən" adlı klipi isə müğənninin ekran işində həmcinsi ilə öpüşdüyü görüntülərə görə mediada səs-küy yaratdı. İki qadının sevgisindən bəhs edən ekran əsərinin rejissoru Muxtar Həsənovski və Emil Həşimidir.

Ötən gün "Youtube" video-hostinqinə yerləşdirilən müğənni Nura Surinin "Sevgi romanı" adlı klipi də digərlərindən fərqləndi. Buna isə onun "GoPro"su səbəb olub. Pozitiv və rəngli görüntüləri maraq cəlb edən klipin rejissoru Natiq Muxtarlıdır.

Sevil və Sevinc bacılarının DJ Roshka ilə ifa etdiyi "Mash up" çıxdığı gündən trenddə 1-ci yerdədir. Beş günə 1 milyon 200 min baxış sayı yığan klip sadəliyi ilə diqqət çəkir. Əkizlər "mash up"da Xalq artisti Aygün Kazımova, müğənnilər Elton Hüseynəliyev, Sevda Yahyayeva, Elçin Cəfərov, Rəhim Rəhimli, İradə Mehri, Günay İbrahimli və Nadir Qafarzadə kimi ifaçıların repertuarına müraciət edib.

Xalq artisti Emin Ağalarovun Slava ilə təqdim etdiyi "Мы теперь одни" adlı dueti iki gün öncə "Youtube"a yerləşdirilsə də, 700 mindən çox izlənmə sayı toplayıb.

Klipsizlər

Xalq artisti Aygün Kazımova "Duy" albomuna daxil olan "Ona söylə" adlı mahnısını videorolik şəklində təqdim edib. Onun mahnısına cəmi 46 min adam qulaq asıb.

Sevda Ələkbərzadə "Yad olduq" adlı mahnısı ilə musiqisevərlər tərəfindən bəyənilsə də, uğurunu "Youtube"da tamamlaya bilməyib. Sevdanı 12 gün ərzində 35 min adam izləyib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024