Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (20-05-2014, 16:19)
Emin Ağalarov rusiyalı aktrisaya Bakıda klip çəkdirdi

Azərbaycanlı milyarder, “Crocus Group” şirkətinin sahibi Araz Ağalarovun oğlu, müğənni və biznesmen Emin Ağalarov Rusiya şou-biznesində daha bir layihə həyata keçirib.

 

Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, rusiyalı müğənni və aktrisa, bu yaxınlarda nişanlısından ayrılan Sati Kazanova E.Ağalarovun dəstəyi ilə Bakıda “Dan yerinə qədər” mahnısına klip çəkdirib.
Klipin təqdimatı mayın 19-da Moskvadakı “Oblako” restoranında olub. Mərasimdə Rusiyanın şou-biznes nümayəndələri, tanınmış şəxslər, o cümlədən Emin Ağalarov iştirak ediblər.
Sati Kazanova klipdə mahnını “Ozon” qrupunun keçmiş solisti Arseniumla birlikdə ifa edib. Onların klipini “Cameralight Pro” studiyası çəkib.
Xəbərdə bildirilir ki, klipi Bakıda, İçərişəhərdə, vaxtilə “Brilyant əl” filminin çəkildiyi yerdə çəkiblər. Məlum olub ki, klipin çəkilməsinə E.Ağalarov böyük dəstək verib.
Sati Kazanovanın qrupu klipin çəkildiyi müddətdə Bakıda onun otelində qalıb, çəkilişlərin bir hissəsi də oteldə olub.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024