Mədəniyyyət (27-02-2018, 11:53)
Aynur Aydın Bakıya gəlir: Arzularımın ardınca getdim
Aprelin ayının 1-i Bakıda konsert verməyə hazırlaşan türkiyəli ifaçı Aynur Aydun “Hadi be” proqramına qonaq olub.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, səmimi açıqlamalar verən ifaçı məktəbdə yaxşı oxumadığını bildirib:
“Dərslərimi pis oxuyurdum. Musiqiyə bağlı idim və düşündüm ki, bunu çox yaxşı bacaracam, ona görə də arzularımın ardınca getdim”.
Qeyd edək ki, Aynur Aydın 2012-ci ildə “İşporta” mahnısı ilə ən çox dinlənilənlər sırasında yer alıb.
Onun “12 Ways to la la la” albomunda “Eurovision 2012” qalibi Loreen müğənniyə bəkvokallıq edib. Eyni zamanda, albomda yer alan “Measure up” adlı mahnı “Virgin Radio Top 30” listinə girən ilk türk mahnısı olub.
Məlumat üçün bildirək ki, ifaçının Bakıdakı konserti “Elektra Events Hall”da baş tutacaq. O, 3500 nəfərin qarşısına tək yox, həmkarı İlyas Yalçıntaşla çıxmağa hazırlaşır.
Biletləri şəhərin mərkəzi kassalarından və www.ticket.az saytından əldə edə biləriniz. Əlavə məlumat üçün isə (070) 288 70 07 nömrələri ilə əlaqə saxlayın.