Mədəniyyyət (22-12-2017, 15:00)
Rasim Balayevin səhhəti ilə bağlı – YENİ XƏBƏR
Xalq artisti Rasim Balayevin səhhətində irəliləyiş var.
Mediatv.az-ın xəbərinə görə, bu barədə Report-a açıqlamasında Xalq artisti özü məlumat verib.
O bildirib ki, artıq müalicələr nəticəsini göstərməyə başlayıb. Xalq artistinin sözlərinə görə, İsraildən gələn ortoped həkim, onun belində olan ağrıları müayinə etdikdən sonra müəyyən tapşırıqlar verib:
"Həkim təxminən 10 gün qabaq gəlmişdi. Mənə bəzi hərəkətlər etməyimi və hər gün gəzməyimi tapşırdı. Müalicəm gedir, özümü yaxşı hiss edirəm. Həmin həkim 3-4 aydan bir Bakıya gəlir. Yenidən gəldikdə müayinə üçün mənə xəbər edəcəklər".
Rasim Balayev Türkiyədən gələn nevropotoloqun müalicəsindən sonra səhhətində müsbət yöndə dəyişikliklərin olduğunu deyib:
"Əvvəlkinə nisbətən daha yaxşıyam. Müalicəm isə davam edir".
Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə xərclərini dövlət ödəyir.