Mədəniyyyət (4-05-2017, 14:29)
Vidadi Babanlının gözləri və ayaqları tutulub
Tanınmış yazıçı Vidadi Babanlının gözləri və ayaqları tutulub.
Mediatv.az xəbər verir ki, yataq xəstəsi olan yazıçı səhhətində yaranan problemlərdən Yeniçağ--a danışıb:
“Xəstəlik yaradıcılığımla məşğul olmağa inkan vermir. Bu yaxınlarda “Könül inciləri” adlı kitabım çapdan çıxıb. Kitabda müxtəlif illərdə yazdığım şeirlər yer alıb. Təssüf ki, səhhətimlə əlaqədar olaraq, kitabımın satışı ilə məşğul ola bilmirəm. İki ildir yatağa məhkum olmuşam, cöl-bayir görmürəm. Xəstəxanada yatdım, indi də həkim nəzarəti altında müalicəm davam edir. Amma bir xeyri yoxdur, sağalmıram. Qolumdan tuturlar, hasa ilə evin içində gəzirəm. Gözlərim də görmür. Bir yandan xəstəlik, bir yandan da qocalıq məni əldən salıb”.
Qeyd edək ki, iki il əvvəl V. Babanlının ayağı sınıb, sınığın bitişməməsi üzündən yazıçı hələ də yeriyə bilmir.