Region (22-04-2015, 12:15)
“Ürəyim çox doludur, amma danışmağa dost tapmıram“
Çoxdandır ki, xalq şairi İlyas Tapdıq səhhətində olan problemlərdən əziyyət çəkir. Şair xəstəxanaya yerləşdirilməsə də, ev şəraitində həkim nəzarəti altında müalicə alır
- İlyas müəllim, necəsiniz, eşitdik naxoşlamısınız...
- Elə yorğan-döşəkdəyəm. Çoxdandır ki, bu xəstəlik mənə evdən bayıra çıxmağa imkan vermir. Bir müddət xəstəxanalarda müalicə aldım, axırda bezdim. Mən təbiət, çöl-bayır adamıyam, xəstəxanada qalmaq mənim üçün elə ölməyə bərabərdir. Fikirləşdim ki, xəstəxanada əziyyət çəkməkdənsə, elə evdə müalicəmi davam etdirim. Havalar qızsa, bəlkə mən də çölə-bayıra çıxaram, eynim açılar.
- Bəs niyə xəstə olmağınız barədə danışmırsınız ki, bizim də xəbərimiz olsun… Axı siz təkcə özünüzə məxsus deyilsiniz, xalqın şairisiniz…
- Durub hamıya car çəkən deyiləm ki, xəstəyəm. Hamının diqqətini özümə çəkim, hay-həşir salım... Belə şeylər mənim xasiyyətimə yaddır. Hamının dərdi-səri var. Üstəlik, mən də dərdimi onlara niyə yükləyim ki?
- İlyas müəllim, siz sıradan biri deyilsiniz axı, biz hamımız sizin şeirlərinizlə böyümüşük…
- Sağ olun ki, məni yad edirsiniz, elə quru xoş söz məni göylərə qaldırır.
- Həkimlər nə deyir, diaqnoz qoyublarmı?
- Onların dediyinə görə, ciddi xəstəliyim yoxdur. Yadınızda olar-olmaz bilmirəm, keçən il bərk xəstələnmişdim. Bir neçə ay Kliniki Tibbi Mərkəzin kardiologiya şöbəsində müalicə aldım. Hətta səhhətim o qədər kritik idi ki, reanimasiyada qalırdım. Amma sonradan vəziyyətim düzəldi, özümə gəldim.
- Onda yenə də narahatlığınız ürəyinizdən idi?
- Əslində heç vaxt ürəyimdən şikayətim olmayıb. Ürək ağrısı nədir bilməmişəm, mənim evimi yıxan soyuqlar oldu. Qocalıq da öz sözünü deyir. Yaş o yaş da deyil. Bir neçə dəfə qripə yoluxdum, xeyli vaxt yorğan-döşəkdən qalxa bilmədim. Həkimlər də məni sağaltmaq əvəzinə lap da heydən saldılar.
- Neylədilər ki?
- Firma dərmanlarını yazdılar, mən də ağına-bozuna baxmadan qəbul etdim. Bir onda gördüm ki, yaxşılaşmaq əvəzinə günü-gündən geri düşürəm. Həkimlər dərdimə əlac tapmır.
- İnşallah düzələrsiniz, siz güclü insansınız, bir xəstəlik nədir ki, İlyas Tapdığın qəddini əyə bilsin…
- (gülür)
- Hələ bir deyin görək, təbiniz yerindədirmi, təzə şeirlər doğulurmu?
- A qızım, 81 yaşında şairdə təb qalar? O əvvəllər idi, təbim soruşmadan gəlirdi, gecə-gündüz yazırdım. İndi də şeirlər yazıram e, amma ara-sıra. Əvvəllər böyük poemalar yazırdım, enerjim çox idi. İndi daha qocalıq imkan vermir, təbim də qaçıb.
- Heç çap etdirirsiniz o şeirləri, biz də oxuyub zövq alaq?
- “Ədəbiyyat” qəzetinin rəhbərliyini sağ olsun, ara-sıra çap edir.
- “Ədəbiyyat” qəzetindən söz düşmüşkən, Yazıçılar Birliyindən heç sizinlə əlaqə saxlayıb, hal-əhval tutanlar olur?
- Heç bəlkə də xəstə olmağımdan xəbərləri yoxdur.
- Niyə xəbər eləmirsiniz ki?
- Xəbər edib, nə deyəcəyəm ki?
- Dostlarla əlaqə saxlayırsınız?
- Hanı dostlar, indiyə dost qalar?81 yaşım var, dostlar çoxdan köçünü çəkib gedib. Qalan bir Nəriman Həsənzadədir, o da ayağını sındırıb. Elə telefonla zəngləşirik, dediyinə görə heç işə də gedib-gələ bilmir. Dost yaxşı şeydir, insan dərdini danışır, sözünü deyir, yüngülləşir. Ürəyim çox doludur, amma danışmağa dost tapmıram.
- Fikrət Qoca da xəstədir, bir müddət öncə. Türkiyədə müalicə alıb qayıtdı…
- Hə, ondan da xəbərim oldu. O da evdən bayıra çıxa bilmir, həkimlərin nəzarəti altındadır. Cəmi bir-iki dost qalmışıq, hamımız da xəstəliklə əlləşirik.
- Cavan şairlər heç sizinlə maraqlanır?
- Hansı cavan şairləri soruşursan?
- Təzə-təzə yazanları. Ümumiyyətlə, yeni yazarlardan kimləri tanıyırsınız, bəyəndiyiniz şair, yazıçı varmı?
- Sözün düzü, cavan şairləri oxumuram, nə də maraqlanmıram. Elə tədbirdə-zadda olanda kitablarını bağışlayanlar olurdu, onda bir-iki sətrinə baxmışam. Belə xoşuma gələn yoxdur.
- Qiziniz Şəbnəm xanım necədir?
- Salamı var. Elə səninlə danışıram, Şəbnəm başımın üstündə dayanıb. Deyir ki, yeməyini ye, soyuyur. Şəbnəm mənə çox qayğı göstərir, həkimə aparır, həkimdən gətirir, dava-dərmanımı alır. Üstümdə əsir. O, mənə həm qızdır, həm də oğul. Bir azdan məni xəstəxanaya aparacaq, görək həkimlər nə deyəcək?
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024