Mədəniyyyət / Slayd (10-08-2015, 20:57)
“Azdrama”da baş verənlərə Mədəniyyət və Turizm Nazirliyindən ilginc reaksiya
Akademik Milli Dram Teatrında qalmaqal səngimir. Bu dəfə Teatrın ədəbi hissə müdiri Atababa İsmayıloğlu tutduğu vəzifədən kənarlaşdırılıb.
Mediatv.az Aznews.az saytına istinadən xəbər verir ki, Atababa İsmayıloğluna işdən azad olunması barədə kadrlar şöbəsindən məlumat verilib və bu, direktor İsrafil İsrafilovun tapşırığı ilə əsaslandırılıb.
İşdən azad edilməsi ilə razılaşmayan ədəbi hissə müdiri baş verənləri özbaşınalıq adlandıraraq bu məsələ ilə bağlı müvafiq nazirliyə müraciət edəcəyini, nazir müavini Ədalət Vəliyev ilə görüşüb, şikayət etmək istədiyini də əlavə edib.
Bununla bağlı Publika.az-a açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri İntiqam Hümbətov getdikcə gərginləşən münasibətləri teatrın daxili məsələsi adlandıraraq narazılıqları nazirlik səviyyəsinə qaldırmamağı məsləhət görüb.
"Teatr nazirliyin tabeliyində olsa da, müstəqil qurumdur. Teatrların direktorunu nazir təyin edir. Kimi işə götürmək, kimi işdən çıxarmaq işlərinə teatrın drektoru baxır. Hər işdən çıxan adamı nazirlik səviyyəsinə qaldırmaq lazım deyil”.