Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (18-03-2022, 11:00)
Niyə hələ də SƏFƏRBƏR OLA BİLMİRİK? - İTTİHAM VAR!

 3 gün öncə yayılan rəsmi məlumatdan bəlli oldu ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 46 əməkdaşı ciddi nöqsanlara görə cəzalandırılıb.
Daha dəqiq desək, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında bu barədə konkret səbəblər göstərilib.
Bildirilib ki, hesabat dövründə korrupsiya ilə əlaqədar hüquq pozmalara dair daxil olmuş vətəndaş müraciətləri asasında Xidmətin əməkdaşları barəsində müvafiq araşdırmalar aparılıb. Təsdiqini tapan faktlar əsasında 5 halda toplanılan materiallar Baş Prokurorluğa və Hərbi Prokurorluğa göndərilib, eyni zamanda aparılan araşdırmalar nəticəsində xidməti vəzifələrinin icrasi zamanı yol verdikləri nöqsanlara görə Xidmətin 46 nəfər əməkdaşı intizam qaydasında cəzalandırılıb.
Hesabata fikir verdinizmi ?
Çox yumşaq formada, sanki nə şiş yansın, nə kabab qaydasında hazırlanıb hesabat.
Hesabatda qeyd olunur ki....təsdiqini tapan faktlar əsasında...
Əgər faktlar təsdiqini tapıbsa, nə üçün intizam qaydasında cəza olmalıdır..?
Həm də 46 nəfərdən söhbət gedir, bu artıq şəbəkədir.
Görəsən, bu faktlara niyə Hərbi Prokurorluq göz yumur ?
Bəli, heç kimə sirr deyil ki, köhnə adı “Azvoyenkom”, indiki adı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olan qurum neçə illərdir ki, rüşvət və korrupsiya yuvasıdır. Bunu inkar etmək mümkün deyil.
Qarabağ müharibəsinin olması isə bu qurumun əlini-qolunu daha da açdı.
Yəni imkanı olan şəxslər öz övladlarını ordudan yayındırmaq üçün Xidmətin rayon şöbələri ilə “bazarlıq” edərək minlərlə gənci “neqodnu”, yəni orduya yararsız edərək rəsmi sənəd veriblər. Minlərlə “neqodnu” gənc, milyonlarla pul deməkdir. Bu böyük cinayət əməlidir və müharibə dövründə baş verib. Deməli, həmin vəzifəli şəxslər müharibə qanunlarına uyğun olaraq cəza almalıdırlar.
Biz hələ Xidmətin rayon şöbələrinin ( bəzi rəsmi sənədlərdə idarə yazılır ) inzibati binalarının tikilməsi, təmiri üçün dövlətin ayırdığı milyonları demirik.
Təsəvvür edirsiniz, qurumun rəisi, general-polkovnik Arzu Rəhimovun 4 müavini var.
Başda Arzu Rəhimov olmaqla bu 4 müavinlə birlikdə Arzu Rəhimov nə qədər mübarizə aparsalar da rayon komissarları bildiklərini edirlər. Görün bunlar nə qədər özlərini arxayın aparırlar ki, heç bir həbsdən və həbsxanadan qorxmurlar. Cənab Prezidentin tapşırıqlarını eşitmirlər. İstər Zəngilan rayon hərbi komissarlığında, istər Xətaidə, istər Səbayeldə, istərsə də Binəqədidə çox ciddi problemlər mövcuddur. Hətta elə hərbi komissarları tanıyırıq ki, neqodnuların pulları ilə başlarına tük əkdirirlər. Bu pulun çoxluğunun son həddi deməkdir. Vaxtı ilə söz deyəndə tər-su aparan komissarlar indi ağsaqqallıq edirlər. Bu haqda növbəti yazıda.
Sözün qısası, bu qurumun bəzi rayon şöbələri bu gün də rüşvət və korrupsiya mənbəyi olmaqda davam edir. Bəzi rayonların “hərbi komissarları” az qala milyonçuya çevriliblər.
Belə “hərbi komissarlar”dan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon İdarəsinin sabiq rəisi Adil Nadir oğlu Hüseynovdur.
O hazırda qurumun Nəsimi Rayon İdarəsində çalışır.
Adil Hüseynov Zəngilanın “voyenkomu” olduğu müddətdə xeyli sayda gənci ordudan yayındırıb və bu yolla milyonlara sahib olub. Zəngilan sakinləri deyir ki, Adil Hüseynov pulu “bardamla” daşıyırdı.
Bəli, Adil Hüseynov rayonda qiymət qoymuşdu ki, kim övladını “neqodnu” etmək istəyirsə, 7-8 min manat verməlidir.
Bütün bunlar ortada ola-ola görəsən, Hərbi Prokurorluq nə üçün susur ? Heç bir tədbir görmür ?
Biz Gündəlik-Bakı olaraq Hərbi Prokuror cənab Xanlar Vəliyevə müraciət edirik ki, bu hallar ciddi araşdırılsın. Yəni söhbət təkcə Zəngilan rayonundan getmir, digər rayonlardakı “neqodnu” siyahıları araşdırılsın.
Həm də söhbət təkcə “neqodnu” məsələsindən getmir. Bu haqda növbəti yazımızda bəhs edəcəyik.
Mövzunu gündəmdə saxlayacağıq. Bizi izləyin.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
 //gundelik-baku.com//шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024