Mədəniyyyət (Dünən, 22:37)
Sabir Rüstəmxanlıya qiymət oxuyan müğənni...

Kult.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında xalq şairi Sabir Rüstəmxanlı toy biznesində qiymətlərin süni şəkildə artırılmasından danışarkən deyib.
Onun sözlərinə görə, ölkədə toy mərasimləri artıq insanların maddi imkanlarına mənfi təsir göstərir:
"Toyxana sahəsində bir mafiya yaranıb. Qiymətlər havada “uçur”. Hər stol üçün 150-200 manat tələb edirlər. Mən qiyməti 100 manat etmək istədim, amma qəbul etmədilər. Deyirlər ki, qiymət budur, dəyişmək olmaz. Qonaqlar nə qədər pul yazdırmalıdır ki, toy yiyəsi ağır xərcin altına girməyə məcbur qalmasın".
Xalq şairi qeyd edib ki, restoranlarda toy qiymətlərində ciddi islahatlar aparılmalıdır:
"Toylarımız bu gün ticarət meydanına çevrilib. Həm toy yiyəsi, həm də qonaq üçün vəziyyət çətindir. Burada cəmiyyət və dövlət olaraq bir mövqe ortaya qoymaq lazımdır".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025