Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (8-12-2021, 15:36)
"Pandemiyadan əvvəlki məclislərlə indikilər arasında elə də böyük fərq yoxdur"

"Pandemiyadan əvvəlki məclislərlə indikilər arasında elə də böyük fərq yoxdur"
İyulun 1-də toyların keçirilməsi ilə bağlı qadağa aradan qaldırıldı. Hər masada maksimum 6 stul olmaqla, 150 qonaq qəbul etmək və ən əsası COVİD pasportunun olması şərtilə toy məclislərinin keçirilməsinə icazə verildi.

Pandemiyadan sonrakı toy mövsümü qiymətlərin olduqca yüksəlməsi ilə yadda qalmışdı. Menyu qiymətləri, sənətçilərin toy qonorarları xeyli yüksəlmişdi. Bəs görəsən, toy sektorunda hazırda durum necədir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Yusif Mustafayev toylardakı durumun əvvəlki ilə oxşar olduğunu bildirib:

“Pandemiyadan əvvəlki məclislərlə indikilər arasında elə də böyük fərq yoxdur. Elə həmin insanlar, həmin toylar, həmin millətdir. Sadəcə adamların sayı azdır. Açığı, qonaqların az olması mənə xoş gəlir. Məclislərimiz səliqəli olur. Bəziləri az adamla toy etməyin maraqsız olduğunu deyir, hərənin şəxsi fikri var, amma mənə belə, az adamla toylar ləzət verir. Mən toy qiymətlərində pandemiyadan sonra artım edən müğənnilərdən olmadım, elə əvvəlki qiymətlə toylara gedirəm. Bilirsiniz, biz vəziyyəti nəzərə alıb, xalqla ayaqlaşmalıyıq. İmkanı olan qonorarımızı verir, olmayan da deyir ki, “pulum azdır, filan qədərdir”, mən də deyirəm ki, “Allah bərəkət versin”. Sağ olsun, xalq bizi uzun illər dolandırıb, indi biz də onlara güzəştə getməliyik. Adam öz millətini incitməz. Ona görə nə versələr “Allah bərəkət versin” demək lazımdır. Allah xalqımızı, dövlətimizi, əsgərlərimizi qorusun. Hər məclisdə biz şəhidlərimizi yad edirik, onları unutmuruq. Dəmir yumruğumuz var olsun”.

Əməkdar artist Vasif Məhərrəmli yeganə fərqin adam sayı olduğunu deyib:

“Əvvəlki kimi 700-1000 nəfərlə məclislər keçirilmir, yeganə fərq budur. Bir stolda 6 nəfər, ümumilikdə 150 nəfər olur. Qalan hər şey demək olar ki, eynidir. Qiymətlər isə hərəyə bir cür təsir etdi. Mən özüm toy qiymətlərim dəyişiklik etmədim, elə əvvəlki qiymətlə davam edirəm”.

Əməkdar artist Cavanşir Məmmədov məclislərdə ciddi fərq hiss eləmədiyini qeyd edib:

“Pandemiyadan əvvəlki məclislərlə indikilər arasında demək olar ki, fərq yoxdur. Yeganə fərq adam sayıdır. Bunun da müsbət tərəfləri var, məsələn, oxuyan müğənnini qonaqlar indi daha diqqətlə dinləyirlər. Toy məclisləri daha sakit keçir, say-seçmə adamlar məclisə dəvət olunur. Toy sahibi özü də hər adamı məclisinə dəvət etmək istəmir. 150 nəfər adam bir məclis üçün bəs edir. Bəzən də iki toy edirlər, qız evi ayrı, oğlan evi ayrı toy keçirir. Mən pandemiyadan sonra qiymətləri qaldırmadım, elə əvvəldən 3000-3500 manata gedirdim, indi də. Bu qiymətə tək mən getmirəm, özümlə birlikdə 15-16 nəfər musiqiçi qrupu da gedir”.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024