Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (20-05-2023, 13:47)
Azərtac 7 ölkə üçün əməkdaşlar axtarır

 Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Türkiyə (Ankara), Almaniya (Berlin), ABŞ (Vaşinqton), Böyük Britaniya (London), Qazaxıstan (Astana), Latviya (Riqa) və Özbəkistan (Daşkənd) üzrə müxbir vəzifələrinə vakansiya elan edib.
Axar.az xəbər verir ki, media orqanı aşağıdakı sahələr üzrə işçi axtarır:
- Agentliyi işlədiyi ölkədə təmsil etmək, Azərbaycanla bağlı tədbirlərin işıqlandırılmasını təmin etmək, yerli xəbərləri operativ şəkildə redaksiyaya göndərmək;
- Keyfiyyətli videosüjetlər, fotoinformasiyalar hazırlamaq;
- İşlədiyi ölkənin rəsmi şəxslərindən, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərindən müntəzəm surətdə məxsusi müsahibələr almaq;
- Yerli dövlət qurumları və digər müvafiq təşkilatların mətbuat konfransları və brifinqlərində iştirak etmək, xəbərlər hazırlamaq;
- Yerli qurumların mətbuat xidmətləri ilə əlaqələr qurmaq;
- Müvafiq redaksiyadan əlavə tapşırıqları vaxtında yerinə yetirmək;
Tələblər isə aşağıdakılardır:
- Ali təhsil və uyğun peşə hazırlığına malik olmalı;
- 25-55 yaş arası olmalı;
- KİV-də müxbir vəzifəsində ən azı 3 il (informasiya agentliyi, onlayn media, TV) iş stajına malik olmalı;
- İngilis və ya rus dilində sərbəst danışmağı və yazmağı bacarmalı (coğrafi yerləşməyə uyğun);
- Məntəqənin yerləşdiyi ölkənin dilini bilmək üstünlükdür;
- Stresli vəziyyətlərə davamlı olmalı;
- Azərbaycan dilinin qrammatik, leksik və üslub normalarını mükəmməl bilməli;
- xəbər, reportaj, müsahibə və digər müvafiq informasiya janrlarında yazmağı bacarmalı;
- müasir İKT vasitələrindən, habelə müvafiq proqram təminatlarından istifadə etməyi bacarmalı;
- xəbər mənbələri, həmçinin foto və video informasiya ilə işləmək bacarığı olmalı;
- foto və video çəkiliş üçün rəqəmsal kameralardan istifadə vərdişlərinə malik olmalı;
- müxbir fəaliyyətinin etik qaydalarını bilməli və onlara riayət etməli;
Namizədlərdən özləri haqqında məlumatı və müəllifi olduğu materiallardan nümunələri 2023-cü il iyunun 20-dək [email protected] ünvanına göndərmələri xahiş olunur. Məktubun “mövzu” bölməsində vakansiya elan edilən ölkənin adını yazmaq xahiş olunur.
Tələblərə cavab verən namizədlər müsabiqəyə buraxılacaqlar.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024