Karusel (30-09-2022, 13:21)
İcbari Tibbi Sığorta Agentliyi yükdaşıma şirkətindən tibbi ləvazimat alır?
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (Təkliflər sorğusu) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, 283 min 200 manat dəyərində olan tender müsabiqəsinin qalibi “Qarabağ Yükdaşıma Xidməti” MMC (VÖEN – 1505026211) olub.
Müsabiqənin şərtlərinə görə, qalib şirkət “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə “Damar cərrahiyyəsində istifadə olunan ləvazimat və sərfiyyat malları” satacaq.
Məlumat üçün bildərək ki, 283 min manatlıq tenderin qalibi olan “Qarabağ Yükdaşıma Xidməti” MMC 16.04.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Təbriz, ev 54, m 60-da yerləşir. Şirkətin qanuni təmsilçisi Həsənov Şövqi Əvəz oğludur.
Onu da qeyd edək ki, Agentliyə “Damar cərrahiyyəsində istifadə olunan ləvazimat və sərfiyyat malları” satmağa hazırlaşan şirkətin və qanuni təmsilçisi Şövqi Həsənovun adı bu ilin fevral ayında mətbuatda geniş şəkildə gündəmə gəlib. Ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
Maraqlıdır ki, yükdaşıma şirkəti xüsusi peşəkarlıq və təcrübə tələb edən bir sahə (damar cərrahiyyəsi) üzrə elan olunmuş tenderdə necə qalib olub.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Məsələ ilə bağlı adı keçən şirkətdən Yeniavaz.com-a bildirdilər ki, onlar “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə yalnız yükdaşıma xidmətləri göstəriblər. Adının çəkilməsini istəməyən şirkət əməkdaşı bildirdi ki, onda “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə “Damar cərrahiyyəsində istifadə olunan ləvazimat və sərfiyyat malları”nın satılması ilə bağlı heç bir məlumat yoxdur.
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nin mətbuat xidmətindən isə Yeniavaz.com-a bildirdilər ki, suallara ancaq yazılı şəkildə cavab verirlər. Məsələyə Dövlət Agentliyindən münasibət verildiyi təqdirdə yazıya əlavə olunacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024