Kriminal (17-08-2019, 09:30)
Əmlak komitəsinin öldürülən məmurunun arvadı alçaq sövdələşmənin və korrupsiyanın qurbanı olub
2014-cü il sentyabrın 1-də öldürülən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sədrinin keçmiş köməkçisi Fizuli İsgəndərovun həyat yoldaşı məhkəmə sistemində alçaq sövdələşmənin, məmur həyasızlığının və korrupsiyanın qurbanı olub.
50 yaşlı Xalidə İsgəndərova törətmədiyi cinayətə görə beş ildir həbs cəzası çəkir, hərçənd istintaq qadının ərinin qətlində əlinin olmamasına dair bütün sübutlara malik olub. Lakin cinayət işinin təhqiqatı və onun baxılması ilə əlaqəsi olan hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarının tamahkarlığı vicdandan üstün olub. Nəticədə həmin qadın dəmir barmaqlıqlar arasına düşüb.
Bu barədə Oxu.Az-a X.İsgəndərovanın vəkili Cavanşir Süleymanov deyib.
F.İsgəndərov 2014-cü il sentyabrın 1-də Babək prospektində yerləşən 11 nömrəli evdə öldürülüb. Qatil ona çoxsaylı (19) bıçaq xəsarətləri yetirib. Əvvəlcədən məlum idi ki, gənc kişi olan qatil üzünü qara maska ilə gizlədərək İsgəndərovların evinə girib.
Kriminalistlər cinayət yerində qatilin kifayət qədər izini götürə biliblər, o cümlədən müşahidə kamerası cinayətkarın bəzi hərəkətlərini qeydə alıb. Cinayətkar qarajda məmura hücum edib, sonra isə öldürülən şəxsin həyat yoldaşı və qızının olduğu evə soxulub. Hücuma məruz qalmış X.İsgəndərova müqavimət göstərərkən qatilin üzündən maskanı çıxara bilib. Cinayətkar onun 14 yaşlı qızı Amanəyə də hücum edərək bıçağı, qızın boğazına dirəyib. O, ev sakinlərini yaralayıb və pul tələb edib. Qadın aman diləyərək qatilə 50 min manat və qızıl zinət əşyaları verib. Cinayətkar bundan sonra hadisə yerindən qaçıb.
Cinayət işi üzrə təhqiqat Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Abbasov Müşfiq Elman oğluna tapşırılıb. Niyə keçmiş? İş burasındadır ki, şəhər prokurorluğunun keçmiş müstəntiqi M.Abbasov 2017-ci ilin avqustunda ona qarşı Cinayət Məcəlləsinin 308-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci maddəsi (dələduzluq) ilə irəli sürülmüş ittihamlarla əlaqədar həbs olunub. M.Abbasov vətəndaşdan alığı müəyyən məbləğ qarşısında məhkəmə prosesinin gedişində məsələni onun xeyrinə həll etməyi üzərinə götürüb. Keçmiş müstəntiq 2016-cı il fevralın 25-də vəfat edən Xalq artisti İlhamə Quliyevanın qızıl və brilyant zinət əşyalarının bölgüsü məsələsinə qarışıb. Buradan görünür ki, bu, M.Abbasov tərəfindən ilk rüşvətxorluq halı deyil.
"Müstəntiq cinayət işinin materiallarını tam saxtalaşdırıb, cinayət yerinə baxış protokolunu və xəsarət alanların ifadələrini saxtaları ilə əvəzləyib. Hərçənd X.İsgəndərovanın təqsirkar olmadığına dair bütün dəlillələrə sahib olub. Onun təhqiqatın səthi aparılmasına və cinayətdə ərinin qohumlarının, həm də böyük qızı İsgəndərova Bülbül Fizulu qızının tanışlarının əlinin olmasına dair çoxsaylı şikayətləri eşidilməyib. Qadın şikayət etməyi dayandırmayacağı və mirasdan imtina etməyəcəyi təqdirdə, F.İsgəndərovun qohumlarının onu həbs və öldürməklə hədələmələrinə dair sübutlarımız var" , - deyə vəkil əlavə edib.
Müdafiə tərəfinin sözlərinə görə, cinayətin motivi sadədir – öldürülən şəxsin çoxmilyonluq əmlakını mənimsəmək. F.İsgəndərov dövlət komitəsində işləyərkən boş vaxt itirməyib və sanballı sərvət toplayıb. O, öldürülən zaman artıq milyonları və çoxsaylı daşınmaz əmlakları olub.
Maraqlıdır ki, M.Abbasov 2015-ci il aprelin 13 və 16-da X.İsgəndərovanı və Amanə İsgəndərlini iş üzrə zərərçəkənlər kimi tanıyıb. Lakin M.Abbasov artıq aprelin 30-da heç bir sübut olmadan saxta sənədləri rəsmiləşdirmək yolu ilə X.İsgəndərovanı qətldə şübhəli qismində saxlayıb, mayın 1-də isə ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürüb.
"İttihama əsasən, qətlin motivi guya arvadın xəstə anasına baş çəkməyə icazə verməyən ərindən qisas alması olub. Razılaşın ki, bu, axmaqlıqdır", - deyə vəkil bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əfqan Hacıyev (sədr), Rasim Sadıxov və Fikrət Qəribov) 14 sentyabr 2016-cı il tarixli hökmü ilə X.İsgəndərova 18 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi 2017-ci il iyunun 8-də hökmü qüvvədə saxlayıb. Həmin il dekabrın 26-da Ali Məhkəmənin hakimi Gülzar Rzayeva Bakı Apellyasiya Məhkəməsinin qərarını dəyişməz olaraq saxlayıb.
X.İsgəndərova və A.İsgəndərlinin qətldə əlaqələri olmasına görə şikayətləndikləri F.İsgəndərovun qohumları 2018-ci ilin fevralında məhkum ediləndən maddi və mənəvi zərərin alınması, eləcə də onu və qızı Amanənin vicdansız varislər kimi tanınması haqqında iddia ilə Nizami Rayon Məhkəməsinə müraciət ediblər. Lakin məhkəmə onların iddiasını təmin etməyib.
"Bu da tamahkar qohumları dayandırmayıb və onlar Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il avqustun 13-də X.İsgəndərovanı Konstitusiya Məhkəməsinin 13 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərhi haqqında" qərarını pozmaqla F.İsgəndərovun vicdansız varisi kimi tanıyan qərar qəbul etməsi üçün hər şey ediblər. Ali Məhkəmə isə bu qərarı qüvvədə saxlayıb", - deyə vəkil bildirib.
"Amanə İsgəndərli və onun xalası Adilə Tağıyeva bu ilin iyununda sübutlar əldə ediblər ki, Xalidə İsgəndərova Cəmil Süleymanov, Mahir Süleymanov və digər şəxslərdən aldıqları rüşvətə görə hakimlərin və müstəntiq Müşfiq Abbasovun yol verdiyi sui-istifadə halları nəticəsində qanunsuz mühakimə olunub və vicdansız varis kimi tanınıb.
A.Tağıyeva iddia edir ki, B.İsgəndərova (öldürülənin böyük qızı) iyunda onunla telefon söhbəti zamanı məlumat verib ki, C.Süleymanovun, M.Süleymanovun, müstəntiq M.Abbasovun dilə tutmalarına uyaraq anasına şər atıb. C.Süleymanov, M.Süleymanov, müstəntiq M.Abbasov bunun əvəzində Babək döngəsindəki 11 nömrəli evi onun adına rəsmiləşdirməyi vəd ediblər. Lakin B.İsgəndərova sonra başa düşüb ki, onu aldadıblar.
Bundan başqa, B.İsgəndərova etiraf edib ki, Cəmil və Mahir Süleymanovların və atalarının digər qohumlarının müstəntiqlə gizli sövdələşməsinin şahidi olub. M.Abbasov iri məbləğli rüşvətə görə X.İsgəndərovaya qarşı ittihamı saxtalaşdırıb və onu həbs edib. Bundan başqa əmisinin – Ali Məhkəmənin əməkdaşının köməyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin hakimləri ilə danışıq aparıb. Yəni X.İsgəndərovanın 18 il müddətinə azadlıqdan məhrum edilməsi hakimlərin rüşvət alması nəticəsində olub.
Məhkəmə-hüquq şurası korruspsiya fəaliyyətində adı çəkilən bu hakimlərin fəaliyyətini yoxlamalıdır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev aprelin 3-də "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalayıb və müvafiq orqanlara məhkəmə sistemində korrupsiya ilə mübarizəni gücləndirməyi tapşırıb.
B.İsgəndərovanın sözlərinə görə, müstəntiq M.Abbasov çirkli işinə görə Cəmil və Mahir Süleymanovların daşınmaz əmlak obyektlərini alıb. Müstəntiq daşınmaz əmlakın satışından əldə etdiyi pulları hakimlərə rüşvət vermək şəklində istifadə edib. Buna sübut olaraq, X.İsgəndərovanın təqsirkar və vicdansız varis hesab etmələri üçün Cəmil və Mahir Süleymanovların müstəntiqlə rüşvətin alınması, həcmi, bölüşdürülməsi haqqında telefon danışıqlarının səs yazısı var.
"Bu yeni hal hakimlərin X.İsgəndərovaya qarşı qanunsuz qərarlarına yenidən baxmaları üçün qeyd-şərtsiz əsasdır" , - deyə müdafiə tərəfi bildirib.
Vəkil Cavanşir Süleymanov bu il iyulun 19-da yeni meydana gəlmiş halların əsasında hakimlərin hökmünə və qərarlarına yenidən baxılması haqqında Ali Məhkəmənin sədri Ramiz Rzayevə ərizə ilə müraciət edib. Müdafiə tərəfi müstəntiq tərəfindən cinayət yerinə baxış protokollarının və X.İsgəndərova və onun qızı Amanənin ifadələrinin dəyişdirilməsini ətraflı izah edir. Qeyd olunur ki, bütün aktlar mövcud cinayət-prosessual qanunvericiliyinin kobud pozulması və bu işin fiqurantlarına təzyiq metodlarını tətbiq etməklə tərtib edilib.
Lakin işə baxan hakimlər ortaya qoyulmuş faktları qəsdən təhrif ediblər. Hərçənd A.İsgəndərli məhkəmə iclasında bildirib ki, 2015-ci il aprelin 30-da onun ərizə və ifadələri aldadılma, təhdid və şantaj yolu ilə alınıb, buna görə də onlar həqiqətəuyğun deyil. O, həmçinin məlumat verib ki, F.İsgəndərovun qətli kişi tərəfindən törədilib.
Qız məhkəmədə anasının ifadəsini tam təsdiqləyib, baş vermiş hadisənin təfərrüatları barədə ətraflı danışıb, qatilin xarici görkəmini təsvir edib və ən əsası qeyd edib ki, onun ata tərəfindən olan qohumları X.İsgəndərovaya böhtan atırlar.
A.İsgəndərli məhkəmədə dindirmə zamanı bildirib ki, 2015-ci il aprelin 30-da o, anası və nümayəndə Elmira Məmmədova ilə birlikdə prokurorluğa gəlib. Guya onları ora M.Abbasov üzləşmə üçün dəvət edib.
Müstəntiqin kabinetində dərhal qışqırıq səsləri eşidilib. X.İsgəndərovanı hara isə aparıblar. E.Məmmədova isə Amanəyə deyib ki, anasını həbs ediblər, buna görə də müstəntiqin göstərişinə əməl etmək lazımdır, yoxsa X.İsgəndərlini ömürlük həbs cəzası gözləyir.
Müstəntiq aldatma və şantaj yolu ilə yeniyetməni özünün diktə etdiyi yalan ərizəni Bakı şəhər prokurorunun müavininin adına yazmağa məcbur edib, bundan sonra dərhal A.İsgəndərlinin səthi şəkildə dindirilməsini saxtalaşdırıb və X.İsgəndərlinin saxlanılması haqqında qərarı rəsmiləşdirib.
A.İsgəndərli ilk dəfə dindirilərkən onun qanuni nümayəndəsi Bəsti İbrahimova iştirak etməyib. Ancaq müstəntiq M.Abbasov bundan sonra A.İsgəndərlinin saat 11:00-dan 12:50-dək rəsmiləşdirilmiş dindirilməsinin ilk protokolunu işdən çıxarıb və guya 2015-ci il aprelin 30-da həyata keçirilmiş dindirmənin yeni protokolunu qanunsuz rəsmiləşdirib. Sonra isə A.İsgəndərlinin yerindəcə verdiyi ifadələrin yoxlanılmasını saxtalaşdırıb.
X.İsgəndərovanın yeniyetmə qızı aprelin 30-da bir neçə saat ərzində M.Abbasov və nümayəndə E.Məmmədova tərəfindən qanunsuz psixi təzyiqə məruz qalıb.
"Onlar yeniyetməni anasına böhtan atmağa məcbur ediblər. Qızı bunu edib, axı onlar vəd veriblər ki, bu halda anasını azadlığa buraxacaqlar", - deyə vəkil vurğulayıb.
Vəkilin sözlərinə görə, işdə təxmin edilən qatili təsvir etmiş şahidlərin ifadələri var. Belə ki, iş üzrə "+110 Şerg Su anbarı" tikinti sahəsinin müdiri Sahib İbrahimov dindirilib. O bildirib ki, 2014-cü il sentyabrın 1-də saat təxminən 08:40-08:45-də su anbarı ərazisində ayaqqabısı palçığa bulaşmış gənc oğlan görüb. O, xarici görkəminə görə X.İsgəndərova və A.İsgəndərlinin təsvir etdiyi cinayətkara uyğun gəlib.
İttihamçı tərəfin məhkəmədə dindirdiyi 19 şahiddən 12-si X.İsgəndərovaya haqq qazandıran və onun ifadələrini təsdiqləyən ifadələr veriblər, 7 nəfər isə sübut sayıla bilməyəcək şayiələr danışıblar.
"Cinayət yerində qan izləri ilə yanaşı, nə öldürülənə, nə də onun arvadı və qızına məxsus olmayan barmaq izləri aşkarlanıb. Belə ki F.İsgəndərov, X. İsgəndərova və A.İsgəndərlidən başqa həmin gün qarajda yalnız qətli törətmiş şəxs olub. Bu, iddia etməyə əsas verir ki, qarajda tapılmış əl izləri cinayətkara aiddir”, - deyə C.Süleymanov bildirib.
Qətl yerində kənar şəxsin - qatilin əl izlərinin tapılması faktı ifadəni tam təsdiqləyir. F.İsgəndərov və qatil arasında fiziki qarşıdurma olub. Qətl günü hadisə yerinə baxış keçirilərkən üzərində xarici dildə yazı olan medalyon tapılıb. Medalyonun ipi qırılmışdı. X.İsgəndərova öz ifadələrində qeyd edib ki, medalyon cinayətkara məxsus ola bilər.
345 nömrəli ekspertiza rəyindən görünür ki, medalyonun ipi xeyli güc tətbiq etmə, yəni müqavimət nəticəsində qırılıb.
Lakin M.Abbasov və hakimlər S.İbrahimovun dindirmə protokoluna məhəl qoymayıblar və gizlədiblər. Həmin protokoldan məlum olur ki, S.İbrahimov sentyabrın 1-də səhər saat 09:00 radələrində İsgəndərovların evinin yaxınlığında gənc oğlan görüb. Həmin oğlan X.İsgəndərova və onun qızının təsvir etdiyi qatilə oxşayıb.
S.İbrahimov X.İsgəndərov və A.İsgəndərli kimi bildirib ki, oğlanın əlində çanta olub.
C.Süleymanovun sözlərinə görə, ərizəsində hüquqlarını müdafiə etdiyi şəxsin təqsirkar olmamasına dair bütün sübutları göstərib. Lakin hələlik Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən reaksiya yoxdur. Vəkil bəyan edib ki, X.İsgəndərova üçün ədalətli məhkəmənin qurulmasına çalışacaq və Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024