Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (7-06-2018, 12:17)
Keçmiş polis rəisi kassasiya şikayəti verib

Keçmiş polis rəisi kassasiya şikayəti verib

 

Arvadı dələduzluqda təqsirləndirilərək həbs edilən, özü barədə saxta sənəd hazırlama və dələduzluq maddələri ilə cinayət işi başladılan keçmiş polis rəisi Mahir Əkbərov Ali Məhkəməyə müraciət edib.

Mediatv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi Narkotiklə Mübarizə Şöbəsinin keçmiş rəisi olan, mayor M.Əkbərovun adı bir çox qaranlıq işlərdə hallanandan sonra vəzifəsindən uzaqlaşdırılıb.

Arvadı Leyla Əkbərova isə vətəndaşlardan 150 min manat pul alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilib. Zərərçəkənlərdən biri də Anara Məmmədova və onun əri Dəyanət Məmmədov olub. L.Əkbərova onlara 100 min manatdan çox pul “atıb”. 

Məhkəmə prosesi ərəfəsində M.Əkbərov mətbuata açıqlama verərək zərərçəkmiş A.Məmmədova və həyat yoldaşı Dəyanət Məmmədov haqda ittihamlar irəli sürüb. İddia edib ki, D.Məmmədov işlədiyi şirkətdə maliyyə maxinasiyalarına yol verərək əlavə qazanc əldə edir və özünü yüksək vəzifəli şəxslərin yaxın adamı kimi təqdim edir.

Bundan sonra zərərçəkənlərin vəkili Vasif İsrafilov Yasamal Rayon Məhkəməsinə müraciət edərək M.Əkbərov barəsində xüsusi ittiham qaydasında şikayət edib. Hakim Azər Tağıyevin hökmü ilə M.Əkbərov Cinayət Məcəlləsinin 147.1-ci (böhtan yayma) maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilib. Məhkəmə onun iddialarının yalan olduğu barədə qərar verib.

M.Əkbərovun hökmdən verdiyi apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra o, barəsindəki xüsusi ittiham qaydasında şikayətə bəraətverici əsaslarla xitam verilməsi üçün kassasiya şikayəti verib. Mayorun işinə Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, L.Əkbərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024