Kriminal / Karusel (26-02-2018, 12:25)
Bələdiyyə sədrinə 7 il həbs verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən, Abşeron rayon Məhəmmədi kənd bələdiyyəsinin sədri Vaqif Nəbiyevə hökm oxunub.
Mediatv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə V.Nəbiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında həbs edilib.
İttihama görə, V.Nəbiyev bir neçə vətəndaşa müxtəlif vədlər verərək yüzminlərlə manat vəsaiti dələduzluq yolu ilə ələ keçirib. Zərərçəkmişlərdən biri də iş adamı Ülviyə Abdalovadır. V.Nəbiyev onun 353 min manat pulunu mənimsəməkdə təqsirləndirilir.
V.Nəbiyevin digər şəxslərə qarşı dələduzluq əməli ilə bağlı davam etdirilən istintaq tamamlanıb və ikinci iş üzr də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində proses gedir.