Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (23-10-2017, 18:30)
Generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən qadına bəraət verildi

Generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən qadına bəraət verildi

 

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sədaqət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Mediatv.az xəbər verir ki, "Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Məmmədova barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi üzrə bəraət verilib. 

Hökmə əsasən, 326.1-ci və 326.2-ci (rəsmi sənədləri zədələmə və gizlətmə) maddələrin isə müddəti keçdiyi üçün S.Məmmədovaya cəza təyin edilməyib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında S.Məmmədovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, S.Məmmədova Böyükxanım Əkbərovanın evindən 160 min manata yaxın qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunur. Hadisədən sonra zərərçəkmiş dünyasını dəyişib. Təqsirləndirilən şəxs onun evində qulluqçu kimi fəaliyyət göstərib.

Hadisədən bir neçə gün sonra şübhəli şəxs qismində saxlanılan S.Məmmədova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

S.Məmmədova Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, oğurluq hadisəsi baş vermiş evin sahibi, mərhum B.Əkbərova Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin anasıdır.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024