Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (23-10-2017, 11:58)
Deputatın yaxın qohumuna qarşı dələduzluq edən şəxsə vaxt verildi

Deputatın yaxın qohumuna qarşı dələduzluq edən şəxsə vaxt verildi

 

Mənimsəmədə təqsirləndirilən Şamil Bədəlovun cinayət işi üzrə məhkəmə davam edib.

Mediatv.az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçilən prosesdə zərərçəkmiş Şahin Hüseynovun məhkəməyə gəlmədiyi elan olunub.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Ş.Bədəlov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

Hakim bildirib ki, zərərin ödənilməsi üçün məhkəmə Ş.Bədəlova iki ay vaxt verib.

Məhkəmənin növbəti iclası noyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, 1969-cu il təvəllüdlü Şamil Aydın oğlu Bədəlov “Azital İnşaat” MMC şirkətinin direktoru vəzifəsində çalışıb. İttiham aktına əsasən, o, şirkətin 42 min manat pulunu mənimsəyib.

Ş.Bədəlov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, “Azital İnşaat” MMC şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevin qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunub. Deputat A.Vəliyev “Azəraqrartikinti” ASC-nin rəhbəridir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024