Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (11-11-2014, 23:54)
Eks-deputatın oğlu- Məhkəmə qarşısında

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şaiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

 

“Mediatv.az” APA-ya istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Şaiq Hüseynov məhkəmədə ittiham aktı üzrə özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmiş Şölə Səfərova ifadə verib. Ş. Səfərova bildirib ki, həbsdə olan qardaşı və qaynının həbsdən azad olunması üçün iki evini və bir maşınını sataraq Şaiq Hüseynova 80 min manat verib. Lakin onlar azad olunmadıqları, pulu geri qaytarılmadığı üçün Ş. Hüseynovdan şikayət edib.

Proses noyabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində keçmiş İcra məmuru Hüseyn Şaiq Şadman oğlu 12 aprel 2014-cü ildə həbs edilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Ş. Hüseynov dələduzluqda ittiham olunur.

Sabunçu rayon, Bakıxanov qəsəbə sakini, 1977-ci il təvəllüdlü Səfərova Şölə Mirzəkişi qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 70 min manat pulunun dələduzluq yolu ilə mənimsənildiyini bildirib. Qadın qeyd edib ki, qardaşı bir müddət əvvəl həbs edilib. Qardaşının həbsdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində məhkəmə icraçısı işləyən, ədliyyə kapitanı Hüseyn Şaiq Şadman oğlu ilə tanış olub.

Ş.Hüseynov qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə 70 min manat pul alıb. Ş.Səfərova daha sonra pulu geri istəsə də, buna nail ola bilməyib.

Şaiq Hüseynov keçmiş deputat, mərhum Şadman Hüseynovun oğludur. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024