Kriminal (21-09-2017, 16:00)
Lənkəranskiyə görə adam öldürənə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda müştərini öldürməkdə təqsirləndirilən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mediatv.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə V.İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "Arbotaj" gecə klubunda baş verib.
1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayaraq, öldürüb. Qətl hadisəsi “oğru” Rövşən Lənkəranskinin barəsində mahnı sifariş verilməsinə görə olub. Nurlanın bu istəyinə barmenin “icazə yoxdur” deyə cavab verməsi mübahisəyə səbəb olub.