Kriminal (28-10-2014, 19:03)
İki nəfərin ölümündə təqsirləndirilən sürücüyə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Şamaxı yolunda iki nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Fərid Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mediatv.az-ın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, F. Cəlilov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Cəlilov Fərid Aydın oğlunun idarə etdiyi “VAZ 21015” markalı minik maşını qarşı tərəfdən gələn “KaMAZ” markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində “VAZ 21015”in sərnişinləri - 1992-ci il təvəllüdlü Fazilzadə Rza Cəlal oğlu və 1991-ci il təvəllüdlü Mütəllimov Vüqar İlqar oğlu dünyasını dəyişib, sürücü Fərid Cəlilov isə ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.