Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (2-06-2017, 20:30)
Binəqədi İH-nin sabiq baş mühasibi müəllimlərin pulunu qaytarmasa, həbs olunacaq

Binəqədi İH-nin sabiq baş mühasibi müəllimlərin pulunu qaytarmasa, həbs olunacaq

 

Binəqədi rayonu İH-nin sabiq baş mühasibi Kəklik Əsədovaya qarşı fırıldaqçılıq faktı ilə cinayət işi qaldırıla bilər.  

Qadın müəyyən məbləğ müqabilində ibtidai sinif müəllimlərinə ünvanlı sosial yardım vəd edib, onlar isə qanunsuz gəlir üçün borc götürüblər.  

Mediatv.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycana Binəqədi rayon polis idarəsindən bildiriblər. 

Əsədova haqqında polisə çox sayda müraciət daxil olub, hazırda materiallar yoxlama mərhələsindədir. Polisdən verilən məlumata görə, əgər Əsədova vətəndaşların pulunu qaytarmasa, cinayət məsuliyyətindən yaxa qurtara bilməyəcək. Pul qazanmaq üçün baş mühasib fırıldaqçılığa əl atıb. Qadın öz qurbanlarını əmin edib ki, arzu edənlər üçün ünvanlı sosial yardım təşkil edə bilər. Belə yardımı almaq istəyənlər isə dərhal tapılıb.

“Onun qurbanlarının çoxu qadınlar, ibtidai sinif müəllimləri olub. Müttəhimin əlbiri ona belə avam və sadəlövh adamları tapmaqda yardım edib. Amma onlar gözlənilən qədər də avam olmadılar və polisə müraciət etdilər”, - Binəqədi RPİ-dən bildiriblər. 

Əsədova qadınlara bildirib ki, onun yaxın rəfiqəsi Əmək və Sosial Müdafiə Nazirliyində çalışır və problemsiz onlar üçün ünvanlı sosial yardım təşkil edə bilər, amma bu, müəyyən məbləğə başa gələcək. 

“Müəllimlər fırıldaqçıya inanıblar. Halbuki yerli telekanallarda dəfələrlə ünvanlı sosial yardım üçün müraciət edən şəxslərin siyahısının məhdud olması barədə məlumat yayılmışdı. Zərərçəkənlər əlavə gəlir mənbəyi əldə etmək istəyirdilər, bunun üçün hətta Əsədovanın sözlərinə inanaraq müəyyən məbləğ də ödəməyə hazır idilər. Əsədova onlara ünvanlı sosial yardımın Azərbaycanda hələ ən azı iki il də veriləcəyini vəd etmişdi”, - polisdən bildirilib. 

Əsədova Məhbubə Kərimovadan (1981-ci il təvəllüdlü) iki min, Gülər Məmmədovadan (1964-cü il təvəllüdlü) – 1,5 min, Yeganə Mustafayevadan (1967-ci il təvəllüdlü) – 800, Gülbəniz Məmmədovadan (1980-ci il təvəllüdlü) isə 500 manat alıb. 

Polisdə daha bir maraqlı faktı qeyd ediblər, belə ki, müəllimlərin bəziləri elementar olaraq ərizə yaza bilməyiblər, bu isə onların qeyri-peşəkar olduqlarını sübut edib. Şikayət edənlər arasında hətta sosial yardım almaq üçün borc götürən də var. Fəaliyyətinin qanuni olduğunu göstərmək üçün Əsədova onlardan ünvanlı sosial yardım almaq üçün tələb olunan sənədlərin surətini çıxarmağı da istəyib.  

Məlumata görə, hazırda Əsədova Azərbaycanın rayonlarından birindədir. Binəqədi İH-də o, rəsmi olaraq 2007-ci ilə qədər çalışıb, daha sonra bu qurumu Binəqədi qəsəbəsində təmsil edib. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024